Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“TurAz Şahini 2015″ birgə təlimləri yekunlaşdı

 

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən Hərbi Hava Qüvvələrinin keçirdiyi “TurAz Şahini 2015″ birgə təlimləri yekunlaşıb.
"Xeberinfo.com":  Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərdə 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum, İl-76 hərbi-nəqliyyat təyyarəsi və 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri, eləcə də 104 nəfərlik heyət iştirak edib.
Təlimlər 3 istiqamətdə planlaşdırılıb və icra edilib. Təlimlərin sonuncu günü, plana uyğun olaraq, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Akın Öztürk, komandanın birinci müavini Abidin Ünal və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun rəhbərliyi altında aviasiya vasitələri praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər. MiQ-29 və F-16 təyyarələri hava düşməninə qarşı döyüş, yer hədəflərinə qarşı bomba və top atışları, Su-25 və F-4E təyyarələri isə düşmənin yer hədəflərinə bomba və top zərbələri endiriblər. Ssenariyə uyğun olaraq, Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Mi-17 və AS-532 “Cougar” helikopterləri vasitəsilə şərti düşmən ərazisində qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməsi əməliyyatını icra ediblər.
Hazırda Türkiyədə NATO çərçivəsində davam edən “İŞIK-2015″ beynəlxalq axtarış-xilasetmə təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopteri iştirak edir. Təlimlər aprelin 13-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam