Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Azəryolservis”də dəyişikliklər

 

Sabir Rüstəmxanlının oğlu idarə rəisi oldu

"Xeberinfo.com":  “Azəryolservis”də bəzi dəyişiklər edilib. Bu barədə redaksiyamıza qurumdakı mənbə məlumat verib. Məlumatda deyilir ki, keçmiş müavin Vaqif Hacıyevin yerinə Əvəz Qocayev təyin edilib. Əvəz Qocayev nəqliyyat naziri Ziya Məmmədova yaxın şəxs kimi tanınır. Onun uzun müddətdir “Azəryolservis”də çalışdığı bildirilir. Bir müddət əvvəl məlumat yayılmışdı ki, Ziya Məmmədov Əvəz Qocayevi Mingəçevirə icra başçısı təyin etdirmək niyyətindədir.

Bundan başqa Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı “Azəryolservsin” Investisiya Idarəsinin rəhbərliyinə gətirilib. Məlumat üçün deyək ki, Sabir Rüstəmxanlı Ziya Məmmədovun qardaşı Ildırım Məmmədovla qudadır.

Redaksiyamıza daxil olan məlumatda o da qeyd edilir ki,  “Azəryolservis”in rəhbərliyində təmsil olunan digər işçilərin işdənçıxma barədə ərizələri alınıb.

Xatırladaq ki, fevralın 9-da ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə Cavid Qurbanov Azərolserivisin rəhbəri vəzifəsindən azad edilərək “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunub. Cavid Qurbanovun postuna isə Saleh Məmmədov təyinat alıb.

Müxalifət.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam