Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiyada kütləvi şəkildə deportasiya başladı

 

Rusiya Federasiyasında yaşayan qeyri-ruslar kütləvi şəkildə deportasiya olunur. Onların arasında Azərbaycandan Rusiyaya gedənlər də çoxluq təşkil edir.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə “Azadlıq”a Rusiyada yaşayan həmyerlilərimiz məlumat verib. Onların sözlərinə görə, son aylarda xeyli sayda həmyerlimiz və başqa millətdən olanlar Rusiyadan çıxarılıb.
Deportasiya yeni miqrasiya qaydaları ilə izah olunur. Lakin elə deportasiya olunmuş elə şəxslər var ki, onlar heç bir qanun pozuntusuna yol verməyib. Ona görə, səbəbin bu olduğu barədə şübhələr var. Bəzi məlumatlara görə, deportasiya Rusiyadakı böhranla bağlıdır. Böhran Rusiya iqtisadiyyatına ciddi zərbə vurub. Xeyli iş yerləri bağlanıb. Işsizlər ordusunun sayı artıb. Belə bir vəziyyətdə qeyri-rusları ölkə üçün əlavə yük kimi görürlər. Ona görə də deportasiya kütləvi xarakter alıb”, – deyə həmyerlilərimiz bildirib.
Qeyd edək ki, ötən il dekabrın ayının sonuna olan rəsmi statistikaya 34 min azərbaycanlı Rusiyadan deportasiya olunub. Bu Rusiya Federal Miqrasiya Xidmətinin məlumatıdır. Həmyerlilərimiz deyir ki, bu dəfə deportasiya daha kütləvi xarakter alıb. Bu da on minlərlə həmyerlimizin geri qayıdacağını deməyə əsas verir. Azərbaycanın özündə də böhran üzündən sosial-iqtisadi vəziyyət ürəkaçan deyil. Bu halda on minlərlə həmyerlimizin Rusiyadan Azərbaycana köç etməsi ölkədə vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam