Redaktor seçimi
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Rüstəm Usubovun və yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ —
İradə Gülməmmədovanın həyat yoldaşının biznesi açıqlandı -
Şəkinin icra başçısının varidatı açıqlandı: Villaları, şirkətləri, hotelləri və …
Nazir Azad Rəhimovun qardaşı olmaq
Günün xəbəri

Ramiz Mehdiyevin və Zeynəb Xanlarovanın "ölüm" xəbərlərini kim yaydırır? — Əli Həsənovun adı hallanır

 

 Yenixeber.org: Son günlər sosial şəbəkələrdə ard-arda ölkənin tanınmış şəxslərinin ölüm xəbərləri yayılır, daha sonra həmin xəbərlər özləri və ya yaxınları tərəfindən təkzib olunur. Misal üçün, ötən həftə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin, bu gün isə Azərbaycanın və SSRİ xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yayıldı. Ancaq Ramiz Mehdiyevin ölüm xəbəri kimi, bu məlumat da saxta çıxdı. Əvvəlcə sosial şəbəkələrdə mənşəyi bəlli olmayan saxta profillər tərəfindən yayılan bu məlumatlar daha sonra bəzi saytlarda tirajlandı. Şübhəsiz ki, son günlər bu cür məlumatların ortaya atılması təsadüfi ola bilməz. İstisna olunmur ki, bu cür məlumatların yayılmasının arxasında uzun illər Azərbaycanda dövlətin media siyasətini həyata keçirən şəxs və ya şəxslər olmasın.     


Məsələnin aktuallığını nəzərə alıb mütəxəssislərin fikirlərini öyrəndik. 


"Jurnalistikanın inkişafına yardım" fondunun sədri, professor Qulu Məhərrəmli deyir ki, bu cür məlumatlar iki səbəbdən yayıla bilər:

 


"Birincisi, kimsə sosial şəbəkədə nə isə yazır, ikincisi isə qəsdən yazılır. Xüsusilə də xalq arasında nüfuzu və çəkisi olan tanınmış adamlar barədə bu cür yalan xəbərlər yayılır. Şübhəsiz ki, bu metod kimi də, qərəz kimi də qəbul oluna bilər. Bunu kimlərsə qəsdən və yaxud da bilməyərəkdən yayır? Keçmişdə və indi mediaya ciddi təsiri olan adamlar bunu edə bilərmi? Fakt olanda, bu suallara dəqiq cavab vermək mümkündür. Ehtimal kimi də bəli, etmək mümkündür. Misal üçün, Ramiz Mehdiyevin və Zeynəb Xanlarovanın ölümü barədə yalan məlumatların düşünülmüş şəkildə yayılması versiyasını qəbul etmək olar. Burada məqsəd ayrı-ayrı tanınmış şəxslərin dövlətdən və Prezidentdən narazı salınması, "bu adamlara dövlət qayğısı yoxdur" görüntüsü yaratmaq ola bilər. Bütövlükdə bu cür yalan məlumatlarla həmin şəxs diqqəti öz üzərindən də yayındırmaq niyyəti güdür. Bütün bunları isə yalnız mediaya keçmişdə və indi ciddi təsir imkanları olan şəxslər edə bilər".

 


Tanınmış hüquqşünas Aslan İsmayılov isə bir neçə il əvvəl özünün də oxşar stiuasiya ilə üzləşdiyini bildirir:


"Bir neçə il əvvəl Prezidentin sabiq köməkçisi Əli Həsənovun nəzarətində olan KİV-lərdə mənim haqqımda da oxşar ölüm xəbərləri yayılmışdı. Həmin vaxtı yazırdılar ki, guya mən Türkiyədə vəfat etmişəm və sairə. Şübhə etmirəm ki, bu gün Zeynəb xanımla bağlı yayılan yalan xəbərləri də həmin xislətli şəxslər ortaya atıblar".(7News.Az) 



шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}