Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Fəzail Ağamalının pulunu oğurladılar, sürücünü həbs etdirdi-ŞİKAYƏT

 

 Millət vəkili Fəzail Ağamalı qızı və nəvəsilə birgə Türkiyəyə səfərdə olduğu zaman taksi sürücüsü tərəfindən soyulub.

Yenixeber.org: Oğurluğun detalları barədə “Sabah” qəzeti məlumat yayıb. Bildirilir ki, millət vəkilinin pul kisəsindən 2 min lirə oğurlamış sürücü artıq həbs olunub. Barəsində cinayət işi açılmış sürücü 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Türkiyədə səfərdə olan azərbaycanlı millət vəkili Fəzail Ağamalı İstanbulda qaldığı otelə getmək üçün qızı və nəvəsilə birlikdə mindiyi taksidə soyulub. Taksi sürücüsü pulu əvvəldən istəyib və Ağamalı ödəniş etmək üçün pul kisəsini çıxarıb. Az sonra o, sürücüdən şübhələnərək, avtomobildən düşüb. Pul kisəsini yoxladıqda pulunun oğurlandığını görən millət vəkili dərhal polis məntəqəsinə yollanaraq, taksi sürücüsündən şikayət edib.

                           Sürücü gedişhaqqını nəğd istəyib

Azərbaycanlı millət vəkili polisə ifadəsində başına gələnlər haqda bunları deyib: “Axşam saatlarında qızım və nəvəmlə birlikdə Beşiktaşa getmək üçün Çağlayan Prokurorluğunun qarşısında taksiyə mindik. Taksi sürücüsü hərəkətə başlamadan məndən 25 lirə tələb etdi. Tıxac səbəbilə başqa taksi tapa bilməyəcəyimizi düşündüm. Bu üzdən pul kisəmi çıxararaq, ödənişi etmək istədim. Bu zaman sürücü əlimdə tutduğum pulun hamısını götürdü. Niyə belə etdiyini soruşdum, dedi ki, üzərindən 25 lirə götürəcək. Mən dərhal pulumu geri aldım. Ancaq bir qədər sonra şübhələndim və Beşiktaşa çatmamış taksidən düşdüm”.

                                           Həbs edildi

Ağamalı ifadəsində bildirib ki, taksidən düşdükdən sonra pul kisəsini yoxlayıb və bu zaman orada 2 min lirənin çatmadığını görüb.

Azərbaycanlı deputatın şikayətindən sonra taksi sürücüsü Selami T. saxlanılıb. O, ifadəsi alındıqdan sonra məhkəmənin qərarı ilə həbs edilib.

                                    “Oğurluq etməmişəm, pul yerə düşmüşdü”

İstanbul Cümhuriyyət Məhkəməsi Selami T. ilə bağlı istintaqa başlayıb. Sürücü ifadəsində bunları deyib: “Beşiktaşa getmək üçün 25 lirə təklif etdi. Bu pula Beşiktaşa gedə bilməyəcəyimi söylədim və bundan sonra onlar maşından düşdülər. Bir müddət sona sağ ön oturacağın altına pul düşdüyünü gördüm”. Sürücü pulu deputata qaytardığını, oğurluq etmədiyini bildirib.

                                       10 il müddətinə həbsi istənilir

Prokurorluq tərəfindən aparılan istintaq, alınmış ifadələr əsasında şübhəli Selami T. barəsində cinayət işi açılıb. “Şəxsin əlində və ya üzərində olan əşyanı xüsusi bacarıqla götürərək oğurluq” maddəsilə təqsirləndirilən sürücü 10 ilədək azadlıqdan məhrum edilə bilər. O, yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.

WorldMedia.Az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam