Redaktor seçimi
NİKOL PAŞİNYANIN MATƏM YALLISI VƏ... – 
Asif Əsgərovu həbsdən kim və necə qutarıb?-
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? –
Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-
Goranboyda gizli çete: başçının klanında kimlər var? -
Siyasi elitanın Cavid Qurbanov üzü: 
Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-
Abel Məhərrəmovdan birinci xanıma hörmətsizlik-
Günün xəbəri

KORONAVİRUS VUHANDAKI LABORATORİYADA HAZIRLANIB! –Bunu sübut edən sənədlər 2015-ci ildə yayılıb

Dünyanı vahiməyə salan və minlərlə insanın ölümünə səbəb olan, qlobal iqtisadiyyata trilyonlarla dollarlıq ziyan vuran koronavirusla bağlı yeni iddialar ortaya atılıb. Bəlli olub ki, 2015-ci ildə İtaliyada yayımlanan sənəddə Çinin Vuhan şəhərində yerləşən laboratoriyada SARS virusu üzərində məxfi təcrübələr aparıldığı bildirilib. İnkişaf etdirilməyə çalışıldığı bu virusun tənəffüs yollarına sirayət edə biləcəyi xüsusilə vurğulanıb.

Yenixeber.org: Əslində indiyə qədər elm adamları koronavirusun yarasadan başqa bir heyvana yoluxduğu və beləcə mutasiyaya məruz qalaraq insanlara keçdiyi fikrinin üzərində dayanırlar. Amma bu yanaşma ilə heç də dünyada elm adamlarının hamısı razılaşmır. Xüsusilə, virusun ortaya çıxdığı Vuhan şəhərində yeni növ pategenlərin araşdırıldığı virus laboratoriyasının olması beyinlərdə müəyyən suallar yaradır. Çin rəsmiləri ən yüksək təhlükəsizlik səviyyəsi çərçivəsində laboratoriyada SARS virusunun araşdırıldığını açıqlayıb, amma bu mərkəzdə daha əvvəl 4 dəfə SARS virusunun sızdığı və əslində laboratoriyanın çox da təhlükəsizlik imkanlarına malik olmadığı haqda iddialar da ortaya atılıb.

“La Respublica” nəşrinin xəbərinə görə, İtaliyada ortaya çıxan və RAİ dövlət televiziya kanalında müzakirə edilən köhnə sənədlər Covid-19-un Vuhandakı laboratoriyada hazırlana biləcəyi iddialarını gücləndirir. 2015-ci ildə İtaliya dövlət televiziyasında yayımlanan sənəddə Vuhan Universiteti və Şimali Koralina Universitetinin ortaq araşdırmasında çinli elm adamlarının yarasa və siçanlardan ötürülən və ağciyərlərə zərər verən supervirus üzərində iş apardıqları açıqlanıb. Sözügedən və hazırda ciddi səs-küyə səbəb olan həmin sənəddə Çin laboratoriyalarında hazırlanan yeni tip virus bu şəkildə ifadə olunub: “Bir qrup çinli elm adamları yarasadan alqıları proteini SARS virusu üzərində təcrübədən keçirir. Beləcə yeni tip SARS virusunu inkişaf etdirirlər. Orqanizmdə olan Shc14 molekulu yeni tip koronavirusa hava yollarımızdakı hüceyrələrə hücum etmək imkanı verir. Yeni hazırlanan bu virus yarasalardan insanlara birbaşa, vasitəçi olmadan keçə bilir. Çinli elm adamları gələcəkdə SARS oxşarı olan epidemiyaların baş verməsinin mümkünlüyünə qarşı belə bir virusu hazırladıqlarını qeyd edirlər. Ancaq virusun yayılma ehtimalı və verəcəyi faydanın ölçülərini hesablamadan edilən bu təcrübə bütün dünya üçün böyük risk daşıyır”.

2015-ci ildə yayımlanan bu sənədlərin xatırladılmasından sonra Pavia Molekullar Genetika İnstitutunun direktoru Covanni Maga xüsusi açıqlama ilə çıxış edib. Mütəxəssis bəyan edib ki, 2015-ci ildəki sənəddə qeyd edilən virusun Covid-19 olmasını iddia edə bilməz: “Amma Vuhandakı laboratoriyada virus araşdırmalarının həyata keçirildiyi və modifikasiya edilən viruslar üzərində incələmələr aparıldığı bir həqiqətdir”.

Pavia Universiteti və San Matteo Xəstəxanasının virusoloq mütəxəssisi Fausto Baldatini isə deyib ki, belə oxşar araşdırmalar daima aparılır: “Virus laboratoriyada hazırlansa belə, bunu sui-qəsd kimi təqdim etmək doğru olmazdı. Məsələn, bir neçə il əvvəl Hollandiyada bir qrup elm adamı İspan qripi kimi virusu modifikasiya edib. Burada məqsəd çox sadədir. Gələcəkdə üzləşmə ehtimalımız olan bir düşməni ortaya çıxmadan əvvəl tanımaq və təsirsiz hala gətirmək”.

“AzPolitika”

 


шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}