Redaktor seçimi
Azərbaycan belə talanır: Cahangir Əsgərovun milyonluq seyrəngahı… –
Məzahir Pənahovun oğlu 4 il Türkiyədə nə edib?-
ELDAR MAHMUDOVUN YENİ MİLYARDLARI... -
Ağdamın icra başçısının menyusuna...
AZAL prezidentinin milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır -
Alı Alıyevin “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”-
Ucar Rayon Məşğulluq Mərkəzində nələr olmur?-
Keçmiş əməkdaşı Elçin Quliyevi “Topa tutdu”-
Günün xəbəri

Koronavirus:sosial məsafə və özünütəcrid nə deməkdir?

 

 Sosial məsafə və özünütəcrid koronavirusdan qorunmanın ən effektli üsulları hesab olunur. Bunlar nə deməkdir?

Yenixeber.org: Səhhətində koronavirus və ya qrip əlamətləri olan, son 14 gün ərzində xaricdən qayıtmış şəxslərlə bağlı yoluxma ehtimalı olduğu üçün onlara evlərindən çıxmamaq, yəni özlərini təcrid etmək tövsiyə edilir.

Özünütəcrid və sosial məsafə haqqında aşağıdakıları bilmək vacibdir.

                                           Sosial məsafə

Sosial məsafə digər insanlarla təmasdan yayınmaq, ictimai yerlərdə, qələbəlik məkanlarda çox olmamaq və mümkünsə, belə yerlərə heç getməmək deməkdir.

Buna aşağıdakı üsullarla nail olmaq olar;

•mümkünsə, evdən çalışmaq;

•məcburi olmayan bütün səfərləri təxirə salmaq;

•bar, klub, teatr və digər sosial yerlərdən uzaq durmaq;

•öskürən və yüksək temperaturu olan şəxslərlə eyni evdə yaşayanların 14 gün ərzində evlərindən çıxmaması.

                                    Özünütəcrid

Özünütəcrid bütün ətraf aləmlə əlaqəni tamamilə kəsmək deməkdir.

Temperaturu yüksək olan və ya öskürən şəxslər cəmiyyətdən uzaq durmağa hazır olmalı, 14 gün evdən bayıra çıxmamalıdırlar.

Sosial məsafədən fərqli olaraq özünütəcrid zamanı insan nə alış-veriş məqsədilə, nə də başqa işlərinə görə (məsələn, idman etmək üçün) evini tərk edə bilər. Buna çox böyük zərurət olarsa, digər insanlardan aralı durmalıdır.

"Covid-19" əlamətləri görünən hər bir şəxs çox yaxşı havalandırılan otaqda yaşamalı, tez-tez pəncərəni açıb otağın havasını dəyişməli, tam 14 gün heç kimlə görüşməməli, kənardakı işlərinin həlli üçün ailə üzvlərindən və ya tanışlarından yardım istəməlidir (Məsələn, dostları alış-veriş edib onun qapısının ağzına qoymalıdırlar). Bundan başqa, evlərə çatdırılma xidməti göstərən restoranlardan da yemək sifariş etmək olar.

Yoluxma simptomları müşahidə olunan şəxs situasiyanı idarə edə bilmədikdə və ya 7 gün sonra vəziyyəti daha da ağırlaşarsa, 103-ə zəng vurmalıdır.

Koronavirusun ortaya çıxardığı "Covid-19" xəstəliyi insanda yüksət temperatur, öskürək və nəfəs problemləri yarada bilir. Sağlam şəxslərdə yoluxma simptomları 5 gün sonra özünü göstərməyə başlayır.

                               Risk qrupuna aid şəxslərlə bir evdə yaşamaq

Ağciyər, böyrək və immun çatışmazlığı, ya da 65-dən çox yaşı olan şəxslərlə eyni evdə yaşayanlar onlarla aralarında 2 metr məsafə saxlamalıdırlar, ümumi istifadə yerləri olan mətbəx və ya zala həmin şəxslər orda olmayanda getməlidirlər.

Karonavirusa yoluxan adamlar yeməklərini öz otaqlarında yeməlidirlər. Onların girib çıxdığı otaqların havası dəyişdirilməlidir.

Təcrid edilən şəxslərin hamam dəsmalı başqalarınkından ayrı saxlanmalıdır. Onlar hamam otağından istifadə etdikdən sonra yer yaxşıca silinib təmizlənməlidir.

Təcrid edilmiş şəxslərlə yaşayanlar tez-tez əllərini sabunla yumalıdır.

Təcrid olunanlar istifadə etdikləri şəxsi gigiyena vasitələrini (məsələn, salfetləri) ayrıca bir paketə qoymalı, ancaq 72 saatdan sonra ümumi zibil qabına atmalıdır.(BBC)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}