Redaktor seçimi
Onkologiyanın Kəmaləddin Qafarov şişi-
Abşeron “kraliçası” kornovirus üsyanı yaradır: insanlar DTX-dan kömək umur –
Heydər Əsədovun özünə və ailəsinə məxsus sərvətlər üzə çıxıb-
Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri -
Ağ Evin “C” planı:
Daha bir rus yazıçıdan sensasion iddia:
Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər -
Fərhad Əhmədovdan prezidentə şikayət-
Günün xəbəri

Bu ölkədə səkkiz koronavirus peyvəndi hazırlandı-Nəticə var

Çində səkkiz koronavirus peyvəndi hazırlanıb.

Yenixeber.org: TASS xəbər verir ki, artıq peyvəndlərin bir neçəsi heyvanlar üzərində tətbiq edilərək nəticə verib.

Bu barədə Çinin Tibb Elmləri Akademiyasının Laboratoriya Heyvanları Tədqiqatı İnstitutunun elmi tədqiqatçısı Çin Çuan brifinqdə bildirib.

“Hazırda Tibb Elmləri Akademiyası səkkiz peyvəndin effektiv təsirini qiymətləndirir. Onların bəzilərinin effektivliyini qiymətləndirmək üzərində işlər artıq uğurla başa çatıb. Testlər geni modifikasiya olunmuş siçan və makakada aparılır. Hazırda dərman istifadəsinin mümkün yan təsirlərinin və təhlükəsizliyinin qiymətləndirilməsi aparılır”, - deyə o bildirib.

Ç.Çuanın sözlərinə görə, heyvanlar üzərində testlərin köməyi ilə alimlər pnevmoniyaya qarşı ən təsirli dərmanları təyin etməklə yanaşı, koronavirusun başqasına yoluxmasının əsas vasitələrini də müəyyənləşdirirlər.

Brifinqdə Çinin Təhsil Nazirliyinin Elm və Texnologiya Departamentinin direktoru Lei Çaoçzi isə qısa müddətdə ölkənin ali təhsil müəssisələri tərəfindən hazırlanmış peyvəndlərin klinik sınaqlarına başlanılacağını qeyd edib.

Sınaqların nə zaman başlayacağı tarix isə açıqlanmayıb.

Xatırladaq ki, fevralın 21-də Çin Elm və Texnologiya nazirinin müavini Syu Nanpin ölkədə aprel ayının sonundan tez olmayaraq koronavirus peyvəndinin klinik sınaqlarına başlanılacağını deyib.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}