Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Mübariz Mənsimov FETÖ-yə görə həbs edilib"-AÇIQLAMA

 

 

 “Palmali Holding”in İdarə Heyətinin sədri Mübariz Mənsimovla şirkətin meneceri Nuray Nurcihan Perker FETÖ/PDY istintaqı çərçivəsində həbs edilib. İstintaq çərçivəsində həbs edilən Mənsimov və Perkerin FETÖ üzvü olduğu və təşkilatın rəhbərləri ilə intensiv əlaqələrinin olduğu bildirilib.


Yenixeber.org: Bu barədə Sabah.com məlumat yayıb.


Rəhbərlərlə görüşüb


Aparılan araşdırmalar nəticəsində 667 saylı qanun hökmündə qərarnamə ilə bağlanılan Türk-Rus Fondunun təsisçisi Mənsimovun FETÖ liderləri Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysalla intensiv telefon əlaqəsinin olduğu, FETÖ ilə əlaqəli olması səbəbindən Rusiya hökuməti tərəfindən bağlanılan “Atlantic İnternational School”un idarə heyətinin üzvü olduğu müəyyən edilib.


Mənsimovun FETÖ-nün Rusiya imamı olan və barəsində həbs qərarı verilən “Saffet” kod adlı Ahmet Hamdi Vuralla əlaqədə olduğu, Vuralın tez-tez Mənsimovun şirkətinə gəldiyi, onun gəlişi ilə “jammer” - siqnal kəsici cihazlarının aktivləşdirilərək tədbir görüldüyü üzə çıxıb. Həmçinin, Mübariz Mənsimovun Ahmet Hamdi Vuralla birlikdə bir çox səfərlərə çıxdığı qeyd edilib.


Muammer İhsan Kalkavanla əlaqələri


Barəsində həbs qərarı verilmiş FETÖ-çü Muammer İhsan Kalkavanın da Mənsimovun şirkətinə tez-tez getdiyi və hətta özünü şirkətin ortağı kimi apardığı qeyd olunur. Həmçinin, Mənsimovun FETÖ-nün hüquq sahəsindəki təşkilatı sayılan Yüksel-Karkın-Küçük vəkil bürosu ilə də əlaqələrinin olduğu bildirilir.


İstintaq çərçivəsində şirkətin meneceri Nuray Nurcihan Perkerin Mənsimovun bütün işlərini idarə etdiyi və birlikdə hərəkət etdikləri müəyyən edilib.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam