Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Qardaşı Fuad Muradovu biabır etdi: "Onu hansısa üzdəniraq idarə edir"-QALMAQAL

 

 Son günlər müxalifəti hədəf alması ilə gündəmə gəlmiş və özünü Milli Fədailər adlandıran, "Qazaxlı Alik" kimi tanınan Alik Muradovun oğlu Fuad Muradovun qardaşı olduqca sensasion bəyanatla çıxış edib.
Yenixeber.org: Rəhman Muradov qardaşı haqda sərt fikirlər bildirib:
Adınl fədai qoymuş FUAD MURADOV, mənim kiçik qardaşım daha dözülməz həddə çatıb. Atamın və mənim çox yerlərdə adımızı hallandiraraq sui-istifadə edən bu vicdansiz ətrafına FEDAİ adı altında bir neçə adı dəfələrlə dələduzluqda hallanan şəxsləri yiğaraq heç bir yerdə qeydiyyatdan keçməmiş "qurum" yaradaraq prezidenti ve atami nüfuzdan salmağa xidmət edir.
Qardasım hansısa üzdəniraqlar tərəfindən idarə edilir, heç bir hüquqi əsası olmadan dövlət adından danışır, yüksək vəzifədə çalışan səxslər tərəfindən himayə olunması ilə bağlı fikirlər səsləndirilir. Mən burdan güc strukturlarına üzümü tutub deyirəm: Hal-hazırda ölkədəki durum göz qarşısındadır. Biz hamımız Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşməli olduğumuz halda, mənim kiçik qardaşım hansısa qara qüvvələrin tapşırığı ilə AXCP fəallarını guya Əli Kərimlinin evi qarşısında mitinq edəcəyini deyərək etiraz və xaos yaranmasına səbəb yaradaraq özü gizlənir, əhalinin meydanlara çıxmasına, ölkədə qarışıqlıq yaranmasına təkan verir. Xahiş edirəm ki, Fuad Muradov haqqında bu günü və keçmişi ilə bağli araşdırma aparılsın və bu özbaşınalığa, son qoyulsun. Görün qardaşım nə vəziyyətdədir ki, öz şəxsi maraqları üçün atamı və məni xalq düşməni kimi təqdim edir.
Hörmətli güc strukturları, qardaşım Fuad barədə vaxtında tədbir görülməsə bilin ki, o fürsət tapıb xaricə qaçan kimi Maqsud Mahmudovdan betər olacaq. Sonra demədi deməyin. Buna kim icazə verib ki, Prezidentin təyin etdiyi məmuru çəkiliş çəkərək öz maraqları və digər insanların marağını təmin etmək üçün təhqir edə, imicinə xətər yetirə. Bu insanı bu oyunlardan çixmağa vadar edən qüvvə və ya qüvvələr kimlərdir? Dövlətin nəzarət edən orqanları var, mediası var. Sən kimsən ki, araşdırma aparırsan, təlxəklik edirsen?! Mən heç bir partiya və qurumun üzvü deyiləm. Heç bir "qucaq" axtarmadan, heç bir təmanna güdmədən dövlətimin yanındayam. Mən bu dövlətin qanunlarına inanaraq, əminəm ki, yaxın günlərdə bu hadisələrə son qoyular. Fuad Muradov və onun yanındakılar, xaricdə olan, dezinformasiya ötürərək insanların nüfuzuna xələl gətirdikləri havadarları, burdakı ozünü media adlandıraraq mənfəət xətrinə ölkəyə zərbə vuran dırnaqarası medialar barədə lazimi araşdırmalara başlanılar.(criminal.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam