Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ədalət Vəliyevin oğlu 4 milyon dolları necə “itirib”?-ŞOK FAKTLAR

 

 41 milyonluq dələduzluq işində xeyli məşhur övladı var
Yenixeber.org: Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin oğlu Orxan Vəliyevin 4 milyon dollar itirdiyi iddia olunur. O, bir neçə aydır məhkəmədə araşdırılan cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Söhbət "GünayBank”ın İdarə Heyətinin sədr müavini, Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunan Emin Zeynalovun işindən gedir. 
E.Zeynalov bir xeyli adamı, o cümlədən də Orxan Vəliyevi aldatmaqda ittiham olunub. İttihama görə, o adamlar aylıq 3-5 faiz gəlir götürmək şərtilə E.Zeynalova pul veriblər. E.Zeynalov dollar və başqa valyutaların alqı-satqısından əldə olunan gəlirdən onlara hər ay qazanc verib. 2018-ci ildə işlər alınmayıb və pul sahiblərindən bir neçəsi E.Zeynalovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Beynəlxalq axtarışa verilən "GünayBank”ın sədr müavini həbs olunub. O, təxminən 20 nəfərin ümumilikdə 41 milyon manat pulunu mənimsəməkdə ittiham olunur.
E.Zeynalov isə özünü təqsirli bilmir və heç kimi aldatmadığını vurğulayır. Onun sözlərinə görə, nə qədər ki, gəlir olub, pul sahiblərinə də verib. Bəzi aylarda qazanc olmayanda belə, adamların aylıq faizlərini öz cibindən ödəyib. Ölkədə valyuta bazarına nəzarət etmiş əsas şəxslərdən biri olduğunu, gündəlik valyuta məzənnələrini özünün müəyyənləşdirdiyini deyən E.Zeynalovun sözlərinə görə, bir müddət sonra problemlər yaradılıb. 
"Əvvəl məndən 3 nəfər şikayət etmişdi, iş məhkəməyə göndərilən ərəfədə necə oldusa, zərərçəkmişlərin sayı 19-a qalxdı. Halbuki, mən onların heç birini aldatmamışam. Birlikdə iş görmüşük. Pul veriblər, əvəzində aylıq qazanc götürüblər. Ölkədə ən ucuz qiymətə valyuta satan mən olmuşam. Bu bazarda hamı məni tanıyırdı, böyük əməliyyatları mən aparırdım. Elə gün olub, bir əməliyyatla "GünayBank”a 450 min dollar xeyir vermişəm. Hər gün səhər məzənnəni mən müəyyənləşdirirdim, bundan sonra məntəqələrdə xarici valyuta satışa çıxarılırdı".
İddia olunur ki, E.Zeynalov "Forex”də 10 milyon dollar uduzub, adamlardan aldığı pulları da ora yönəldib. Lakin o, ifadə verərkən iş materiallarında yer alan bu iddianı təkzib edib. E.Zeynalov əlavə edib ki, zərərçəkmişlərlə razılığa gəlib, onlar şikayətçi deyillər.
Zərərçəkmişlərdən O.Vəliyev ümumiyyətlə, məhkəməyə gəlməyib. Onun Avstriyada olduğu bildirilib. Bu cinayət işində başqa məşhurların övladları da var. İş materiallarından məlum olur ki, "Əmrahbank”ın prezidenti Yunis İldırımzadənin (o həm də Xətai rayonunun prokuroru Yusif İldırımzadənin qardaşıdır) oğlu Əmrah İldırımzadə də zərərçəkmişlərlərdən biridir. Özü də "Əmrahbank”ın səhmdarlarından biri olan Ə.İldırımzadənin valyuta alveri üçün E.Zeynalova 300 min dollar pul verdiyi iddia olunur. Daha bir zərərçəkmiş isə keçmiş deputat Fərhad Qəribovun oğlu Rəşad Qəribovdur. 
Son parlament seçkilərində deputatlığa namizəd olmuş Rəşad Qəribovun 200 min dollar pul verdiyi ittihamda yer alıb Martın 5-də prokuror E.Zeynalovun 13 il azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı bildirib ki, o, 41 milyon manat ziyandan 4.5 milyonunu ödəyib. Zərərçəkmişlərdən bir neçəsi, o cümlədən E.Zeynalovun bacısının həyat yoldaşı olan Fərid Məmmədov isə ondan şikayətçi olmadıqlarını deyiblər.(criminal.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam