Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

“MASKALI MƏMURLAR” NƏYİ GÖZLƏYİRLƏRMİŞ? -Yüksək vəzifəli şəxslərin İranla sərhədə “tələsik” səfərinin pərdəarxası

Artıq Gürcüstan koronavirus səbəbindən Azərbaycanla gediş-gəlişi məhdudlaşdırıb. Azərbaycan tərəfi ölkədə bu virusa rastlanmadığına dair rəsmi açıqlama versə də, Gürcüstanda koronavirus aşkarlanan şəxsin İrandan gələrək, Azərbaycan ərazisindən keçdiyi məlum olub.

Yenixeber.org: Ancaq İran-Azərbaycan sərhədini keçən həmin şəxsdəki xəstəlik simptomları Azərbaycan tərəfindən aşkarlanmayıb və bu, yalnız Gürcüstanda üzə çıxıb.

Bu hadisə Azərbaycanın İranla sərhədində epidemiya ilə bağlı görülən tədbirlərin effektivliyi məsələsini yenidən gündəmə gətirir. Xatırladaq ki, İranda koronavirusun yayıldığına dair ilk rəsmi məlumat fevralın 19-da açıqlanıb. Sərhədə və ölkədəki sanitar vəziyyətə cavabdeh olan qurumların rəhbər şəxsləri isə İranla sərhədə fevralın 24-də yollanıblar.

Bununla bağlı rəsmi məlumatda deyilir ki, 24 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar”buraxılış məntəqələrinə səfər etmişlər.

 

 

Göründüyü kimi, belə hadisələr zamanı situasiyaya görə cavabdehlik daşıyan və operativ qaydada hərəkətə keçməli olan qurumlarAzərbaycanla intensiv gediş-gəlişi olan İranda koronavirusun yayıldığı gündən yalnız 5 gün sonra sərhədə yollanıblar.

Redaksiyamıza daxil olan məlumata görə, müvafiq qurumların, xüsusilə də Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Xidməti və Qida Təhlükəsizliyi Agentliyi kimi orqanlarını vəziyyətə vaxtında və operativ şəkildə müdaxilə etməməsi ölkə rəhbərliyinin sərt iradlarına səbəb olub.

Xatırladaq ki, fevralın 19-da Azərbaycan Prezidentinin və Birinci Vitse-Prezidentin İtaliyaya dövlət səfəri başlayıb və ayın 22-də həmin səfər başa çatıb.

Məlumata görə, Prezident ölkəyə döndükdən dərhal sonra İranla sərhəddə görülən işlərlə maraqlanıb.

Belə məlum olub ki, bu cür məsuliyyətli və operativ müdaxilə tələb edən situasiyada birbaşa vəzifələrini yerinə yetirməli olan müvafiq strukturların vəzifəli şəxsləri lazımı səviyyədə tədbirlər həyata keçirməyib, adekvat qərarlar qəbul etməyiblər.  Məlumata görə, bu cür yanaşma ölkə rəhbərliyinin haqlı və sərt iradına səbəb olub. 

Həmin qurumların rəhbərlərinin sərhədə səfəri də yalnız ölkə başçısı vətənə qayıdandan və onun müdaxiləsindən sonra baş tutub. Hansı ki, belə situasiyalarda hər bir qurum öz işini tapşırıq və göstərişlərdən asılı olmayaraq, vaxtında və operativ şəkildə həyata keçirməli idi.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam