Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

NAXÇIVAN BLOKADAYA DÜŞÜR, TİCARƏT KƏSKİN AZALIR... - Ekspertİranda koronavirusun yayılmasının Azərbaycana mümkün təsirlərini açıqladı

İranda öldürücü koronavirusun hansı istiqamətlərdə Azərbaycan iqtisadiyyatına mənfi təsirləri gözlənilir?  

Yenixeber.org: Bu barədə tanınmış iqtisadçı alım Qubad İbadoğlu fikirlərini açıqlayıb. 

Ekspert xatırladıb ki, İran Çindən sonra koronovirusun ən çox can aldığı ikinci ölkəyə çevrilib. Artıq Azərbaycanla 765 km sərhəddə malik olan İranda virusa yoluxan 43 nəfərin 8-i dünyasını dəyişib. 

 

 

Q. İbadoğlu qeyd edir ki, bu, həmçinin İranın səhiyyə sistemin zəifliyinin göstəricidir: Müqayisə üçün qeyd edim ki, Cənubi Koreyada bu virusa yoluxan 607 nəfərdən 5-i vəfat edib. İranın bütün qonşuları, o cümlədən Azərbaycan onunla sərhədlərini bağlayıb. Bu o deməkdir ki, Naxçıvan yenidən blokadaya düşüb və Azərbaycanla yalnız hava əlaqəsi ümidinə qalıb”.

Daha sonra Q. İbadoğlu İranda koronavirusun bir neçə istiqamətlərdə Azərbaycan iqtisadiyyatına mənfi təsirləri göstərəcəyini açıqlayıb: 

Turizm.Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 8,1 faizi və ya 257 min nəfəri İran vətəndaşları olub. Ötən il ərzində xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5567,7 min nəfər olub ki, onun da 36,7 faizi və ya 2043 min nəfəri İrana səfər edib.

Bu o deməkdir ki, hər ay orta hesabla İrandan Azərbaycana 21417 nəfər gəlir, Azərbaycandan İrana isə 170 min 250 nəfər səfər edir. Sərhədlərin bağlanması İrandan Azərbaycana, xüsusilə də Novruz bayramı ərəfəsində gələcək tuirstlərin sayını kəskin azaldacaq.

Eyni zamanda Azərbaycandan İrana müalicə götürmək, alış-veriş etmək, iş qurmaq məqsədilə səfər edənlərin sayına ciddi surətdə azaldıcı təsir göstərəcək. Bununla yanaşı, ərəb ölkələrindən, Şimaldan və Qərbdən Azərbaycana gələn turistlərin bir qismi İrana görə səfərlərini təxirə salacaqlar.

Bütün bunların nəticəsində Azərbayanda otelçilik və restoran, turizmə xidmət, səyahət agentliyi, hava nəqliyyatı sahəsində biznes imkanları pisləşəcək.

Ticarət. Ötən il İrandan Azərbaycana 452 701 min dollarlıq mal idxal olunub. Azərbaycanın İrana ixracatı isə 41 130 min dollar təşkil edib.İrandan Azərbaycana həmçinin kənd təsərrüfatı məhsulları, ərzaq və gündəlik tələbat malları gətirilir. Belə olan halda yaxın zamanlarda İran mənşəli malların qiymətində bahalaşma müşahidə olunacaq.

İnvestisiya. Ötən ilə qədər Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb. Hazırki situasiya investisiya əməkdaşlığını mənfi yöndə təsirləndirəcək.

Nəqliyyat. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə tranzit yüklər İrana və əksinə Rusiyaya daşınır. Yükdaşımalarında faciələri Azərbaycanın tranzitdən əldə edəcəyi qazanclarını azaldacaq.

Büdcə. Azərbaycanla İran arasında ticari, investisiya, turizm və nəqliyyat əlaqələrinin pisləşməsi bu sektorlardan dövlət büdcəsinə daxilolmalara da təsir göstərəcək. Xüsusilə də qeyri-neft sektorundan büdcəyə vergi və gömrük ödənişlərinin məbləği aşağı düşəcək.

Bütün bu deyilənləri 4-cü istisna olmaqla Azərbaycanın Çinlə iqtisadi münasibətlərinə də şamil etmək olar. Bu halda Azərbaycan-Çin və Azərbaycan-İran iqtisadi münasibətlərinin, insanlar arasında ünsiyyət əlaqələrinin pisləşməsi ölkədə ciddi şəkildə satışların və alışların həcminə və qiymətinə, eləcə də büdcə daxilolmalarına neqativ təsir edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam