Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“QHT biznesmeni” Azay Quliyev şöbə müdiri olmaq istəyir?-İDDİA

Yenixeber.org: Prezident İlham Əliyevin apardığı kadr islahatları fonunda Prezident Administrasiyasının tərkibi yenidən formalaşdırıldı. Uzun illər mətbuat sahəsinə nəzarət edən Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov vəzifədən uzaqlaşdırıldı, hətta bu şöbə ləğv edildi. 

Əvəzində isə yeni – Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr və Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsi yaradıldı.

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə Ədalət Vəliyev müdir təyin olunsa da, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri hələ də təyin edilməyib.

Kifayət qədər strateji hesab edilən bu şöbəyə kimin rəhbərlik edəcəyi hələlik sual altındadır. Təbii ki, son qərar prezident İlham Əliyev tərəfindən verilir.

Amma bəzi şəxslər bu posta yiyələnmək üçün müəyyən çabalar da göstərməkdədirlər. Məlumatlara görə, hətta sabiq şöbə müdiri Əli Həsənovun sözügedən şöbəyə öz adamlarından birinin müdir təyin etdirmək istəyi boşa çıxıb.

Redaksiyamıza daxil olan məlumata görə, bu şöbəyə müdir təyin olunmaq istəyində olan daha bir şəxs isə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevdir. İllərdr Şuranın sədri, millət vəkili olan Azay Quliyev  müəyyən yollarla istər yuxarı dairələrdə, istərsə də mətbuatda özü haqqında ciddi fikir formalaşdıra bilib.

Həmçinin şöbənin adının “Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya” olması Azay Quliyevi bir az da ruhlandırıb.

Amma onun yeni komandanın tərkibində təmsil olunması ilə ciddi dəyişikliklərə imza atmasının mümkünsüzlüyü də böyük sual altındadır. Çünki, Azay Quliyevin fəaliyyəti göz qarşısındadır və bu fəaliyyət həm də “qohumların simfoniyası” ilə yadda qalır. Azay Quliyevin həm də Əli Həsənovun bir tapşırığı ilə ikinciyə yaxın mətbuata və QHT-lərə dəstək verməsi tarixi çox da uzaga getmir.

Məlumata görə, bəzi şəxslər nəinki Azay Quliyevə yüksək vəzifəyə vermək, əksinə QHT-lərə Dövlət Dəstəyi Şurasının bu günə kimi  müxtəlif layihələrə, eləcə də Əli Həsənovun dəstəsinə məxsus QHT-lərə ayırdığı maliyyə vəsaitinin necə xərclənməsinin ciddi şəkildə yoxlanmasına ehtiyacın olduğunu vurgulayırlar. Üstəlik onun yenidən millət vəkili seçilməsi də məsələsi sual altına düşüb.

Məlumat üçün bildirək ki, mətbuatda qeyd olunur ki, 600-dən çox QHT-ni özündə birləşdirən Milli QHT Forumuna Azay Quliyevin bibisi oğlu Rauf Zeyninin rəhbərlik etməsi, 5 regional QHT Resurs Mərkəzlərinin (Şirvan, Qəbələ, Şəmkir, Quba və Mingəçevir) rəhbərlərinin Azay Quliyev tərəfindən idarə olunması və onlar vasitəsilə həmin regionda olan QHT-lərə ayrılan pulların toplanması və diğər faktlar ciddi şəkildə araşdırılmalıdır.(bizimxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam