Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Zakir Fərəcov 12 milyonluq müqavilə bağladı–“Ximekspress”in sahibi kimdir? 

 

Zakir Fərəcov 12 milyonluq müqavilə bağlayıb –

Sumqayıtın 70 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işlərinin görülməsi üçün tenderin nəticələri elan edilib. 

Yenixeber.org: Artıq Sumqayıt Şəhər İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi məlum olub. Bu, “Ximekspress 2000” firmasıdır. Firma ümumi dəyəri 11 milyon 938 min 400 manat olan eyni adlı 4 lot (Sumqayıt şəhərinin 70 illik yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işləri) üzrə qalib elan edilib və artıq onunla müqavilə imzalanıb.

Apardığımız araşdırmalara görə, “Ximekspress 2000” firması 25 may 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Reyester məlumatlarında firmanın nizamnamə kapitalının 40 manat olduğu qeyd edilib. Firmanın qanuni təmsilçisi isə Nuriyev İlqar Cəllad oğludur.

“Ximekspress-2000”-də baş direktor vəzifəsi daşıyan İlqar Nuriyev 2009-cu ildə hakim Yeni Azərbaycan Partiyasının (YAP) xəttilə Sumqayıt bələdiyyəsinin üzvü seçilib. 

İlqar Nuriyevin rəhbərlik etdiyi firma bəzi rayonlarda təhsil ocaqlarının təmirini də həyata keçirib. Bu ilin avqust ayında isə mediada Qusar rayonu Quxuroba kənd orta məktəbinin müəllimlərinin “Ximekspress 2000” firması barədə şikayəti tirajlanıb. Şikayətdən aydın olur ki,  frma məktəb binasını təmir üçün söküb. Amma dərs ilinin başlanmasına  az vaxt qalsa da, təmir işlərinə başlamayıb.

“Ximekspress 2000” haqqında daha bir məlumat bundan ibarətdir ki, firma Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi ilə məhkəmə çəkişməsi yaşayıb. Hər iki məhkəmədə “Ximekspress 2000” qalib gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam