Redaktor seçimi
Sumqayıt bulvarında yarım hektar ərazi kimə satılıb?-
“Azərenerji”-nin prezidenti ilə bağlı daha bir ilginc olay:
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Günün xəbəri

Mübariz Mənsimovdan çağırış- Mühacirlərə və məmurlara

 

 

“Biz Azərbaycanlılar qədim və şərəfli tarix sahibiyik. Yüksək mədəniyyət, mərdlik və igidlərimizlə seçilərək biz mübarizəni də, savaşları da kişi kimi aparmışıq”.

Yenixeber.org: Bunu Palmali Holdinqin prezidenti Mübariz Mənsimov deyib. O, mühacirlərə və onları zorla mühacir edənlərə müraciət edərək deyib:

“Niyə yola getmirsiniz? Axı eyni yolda - Azərbaycan yolundasınız. Adınızı mühacir qoyub söyüş və ədəbsizliklərlə kimə nəyi göstərirsiniz? Məgər bu, mübarizə yoludur?

Yaxud sizi mühacir edənlər: ailələri polislə hədələyib, ana-bacıları evlərindən aparmaqla mübarizə aparırsınız? Yaxud ailə üzvlərini onlardan imtina etdirirsiniz...

Budur mübarizə? Əsla! Bu yol deyil, uçurumdur! Biri həbs etdirir, digəri ayaq altı qazır, biri qrant davası edir, başqası-rütbə. 

Niyə imkan vermirsiz ki, bu adamlar vətənlərinə dönsünlər? Buraxın öz evlərinə gəlsinlər və mübarizəni evin kənarında deyil, içində aparsınlar. İmkan verin onlar sözünü desinlər, haqlarını istəsinlər, işləməyən məmurları tənqid etsinlər, millət vəkillərinə vəzifələrini xatırlatsınlar. 

İmkan verin onlar öz həmvətənlərini deyil, düşmənlərimizi söysünlər. Niyə bir-birinizə düşmən kəsilirsiniz? Düşmənimiz yoxdur? Bizim axı dərdimiz də var, düşmənimiz də...

Bütün gücünüzü, qüvvətinizi ora yönləndirsəniz, dünya sizin mənasız iç davanızdan deyil, erməni faşistlərinin - sizin əsl düşmənizin cinayətlərindən xəbərdar olar. 

Nümunə axtarırsınız? Azərbaycanın qurucusu M.Ə.Rəsulzadə həyatının böyük qismini mühacirətdə yaşayıb, xalqını təbliğ edib, Vətəninin azadlığı uğrunda kişi kimi mücadilə aparıb. Bu mübarizə nə qədər ağır olsa da, heç vaxt təhqirlərə, ədəbsizliklərə, kişiyə yaraşmayan sözlərə yol verməyib. Çünki onun hər bir hərəkəti, hər bir ifadəsi mənsub olduğu millətin, xalqın səviyyəsinin göstəricidir. Mühacir həyatı heç kimi Vətənin, millətin, dövlətin adını-sanını qorumaq məsuliyyətindən azad etmir. 

Bir tərəfdən də, özlərini “fədai” adlandıran qoçular peyda olublar: guya dövləti qoruyurlar. Gedin hələ özünüzü qorumağa çalışın. Başlarından yekə danışıb hədə-qorxu gəlirlər. Siz heç olmasa əsgər getmisiniz? “Fədai” sözündən, bu sözün məsuliyyətindən bixəbər olanlar, dayılarına arxalanan harınlamış “cocuqlar”. 

Dövləti kimdən qoruyursunuz? Xalqdan? Unutmayın ki, dövlət xalqın-xalq isə dövlətindir. Dövlət xalqla dövlətlənir! Və dövləti qorumaq üçün bu millətə fəda olmaq lazımdır!”.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?