Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Əziz Əzizov Yeni Yasamalı belə satır –Fotolar

 

 

Ötən ilin fevralından Bakının Yasamal rayon icra başçısı təyin olunan Əziz Əzizov bir ilə yaxın müddətdə hər hansı əsaslı abadlıq-quruculuq işləri həyata keçirməsi ilə seçilməyib.

Yenixeber.org: Ə.Əzizov Yasamalın sahmana salınması, İbrahim Mehdiyevdən qalan problemlərin həll olunması üçün əlini ağdan qaraya vurmayıb.

Əməkdaşının məlumatına görə, əvəzində, icra başçısı Yeni Yasamalda yol üstündə qalan boş əraziləri, yaşayış binalarının önündəki yerləri satıb.

Müxbirimiz qarşılaşdığı iki belə faktı lentə alıb. Kadrlardan görünür ki, binaların qabağında, yol üstündə nə boş massiv kəşf edilibsə, satılıb.

Yaşayış binalarının qarşısını sədd kimi kəsən həmin tikintilər artıq qaldırılıb, hazırdır. Yeni Yasamal sakinləri isə deyirlər ki, tikinti normativlərinə əməl olunmayıb, məhəlləyə giriş məhdudlaşıb, binaların qabağı bağlanıb.

Üstəlik, oksigenin qabağı alınıb. Fotolardan da aydın olur ki, yeni tikintilər köhnə tikililərin qabağında, binalara giriş yerində inşa olunub. Bu tikintilərə Yasamal RİH sərəncam verib və Ə.Əzizovun nə qədər xeyir götürdüyünü yalnız özü bilir.

Sakinlərin sözlərinə görə, Ə.Əzizov icra başçısı gələndən Yasamal rayonunda problemlər üçün çırmanmayıb. Yalnız yol təmir olunub ki, bu işi də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirib.

Ə.Əzizov prezidentin ona göstərdiyi etimaddan sui-istifadə edərək paytaxtın ən strateji rayonlarından olan Yasamalı tar-mar eləməkdə, əraziləri qarış-qarış satmaqda, onunla hesablaşmayan sahibkarların obyektlərini uçurmaqda, vətəndaşları qanunsuz şəkildə küçəyə tökməkdə, yerlərini iş adamlarına peşkəş eləməkdə usta məmurlardan biridir. Sakinlər deyirlər ki, Yasamala icra başçısı yox, bir kabus gəlib.

Xatırladaq ki, bir müddət əvvəl 7 uşaq tası, üç oğlu ön cəbhədə olan iş adamı Nazim Dünyamalıyev Ə.Əzizovun qurbanlarından biri idi.

Onun Yasamaldakı obyekti heç bir əsas göstərilmədən sökülüb, 7 uşaq atası çörəksiz qoyulub. Dünyamalıyev demişdi ki, Ə.Əzizov onun əmlakını yerlə-yeksan etdirir, amma Yasamal parkını sata-sata gedir.

Onun rayona rəhbər gəlişi ilə ilk narazılıq eyvan sökülməsi ilə başlanmışdı. Yasamal rayon icra hakimiyyəti qanunsuz tikilən eyvanları özünəməxsus şəkildə sökür: kefi istəyəni saxlayır, istəməyəni dağıdırdı.

Məsələn, M.Xiyabanı 8-də yaşayan ev sahibi Fəranə Cəfərova demişdi ki, onlara 5 min manatdan çox ziyan vurulub.(reportyor.info)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam