Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Hicran Hüseynovanın komitəsindən müəmmalı müqavilə – Yarım milyonluq müqavilə bağlanan şirkət ölkədən qanunsuz pul çıxarıb

 


скачанные файлы

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlayıb. Onların arasında ölkədən qanunsuz olaraq 630 min dollar çıxaran şirkət də var.

Yenixeber.org: Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, sentyabrın 2-də Hicran Hüseynovanın rəhbərlik etdiyi komitə dörd şirkətlə ümumilikdə 833,6 min manatlıq (490 min dollar) on müqavilə bağlayıb.

Bu müqavilələrdən dördü açıq tenderin nəticələrinə görə “MADERIN-AA” MMC-ə (VÖEN: 7100345951) verilib. Bu müqavilələrin ümumi dəyəri 322,2 min manatdır ($189,5 min).

Bu ilin mart ayında Sumqayıt Apelyasiya Məhkəməsi bank əməliyyatları vasitəsilə ölkədən 629 697 dolların çıxarılması ilə bağlı inzibati xəta barədə protokolların tərtibatı faktına dair “MADERIN-AA” MMC-nin şikayətinin təmin edilməməsi ilə bağlı yekun qərar çıxarıb. Bu faktlar üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası “MADERIN-AA” MMC-ə qarşı çıxarılan vəsaitlərin 20% qədərində inzibati cərimə tətbiq etmişdi.

“MADERIN-AA” şirkəti 2017-ci ilin noyabrın 20-də Siyəzən şəhərində təsis edilib. Şirkətin direktoru Zaur Nəsrəddin oğlu Əliyevdir. O, həmin tarixdə təsis edilmiş daha dörd şirkətə (“Aypeks-TT” MMC, “Dalğa-LM” MMC, “Anako-Ltd” MMC, “ANTIK İNŞAAT” MMC) rəhbərlik edir.

Əlavə edək ki, qanunla xaricə çıxarılan vəsaitə nəzərdə tutulan müddətdə hər hansı mal alınaraq, ölkəyə idxal olunmadıqda, bununla bağlı sanksiya tətbiq olunur. Bununla da ölkədən külli miqdarda vəsaitin qanunsuz yolla çıxarılmasının qarşısının alınması məqsədi güdülür.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam