Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

PAKİSTAN BAKIDAN QƏTİ MÖVQE İSTƏYİR – İslamabaddan Məmmədyarova təcili zəng

 


b05ab18dc4bdac2ab8253c7d0d79a962

“Pakistan Qarabağ münaqişəsində hər zaman Azərbaycanın yanındadır və indiyədək Ermənistanı dövlət olaraq tanımırıq”

Yenixeber.org: Azərbaycan və Pakistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Şah Məhmud Kürəşi arasında telefon söhbəti zamanı Cəmmu və Kəşmir bölgəsinin ətrafındakı vəziyyətə dair müzakirə aparılıb.  Hindistanın Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv etməklə birtərəfli hərəkət edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozduğunu vurğulayan pakistanlı nazir bölgəyə 70 minədək hərbçidən əlavə, daha 180 min hərbçinin yeridilməsini Kəşmir əhalisi üçün təhlükə olaraq dəyərləndirib. Şah Məhmud Kürəşi Hindistanın birtərəfli və qanunsuz addımlarla regionun demoqrafik mənzərəsini dəyişdirməyə çalışdığını deyib.

Kəşmir bölgəsindəki vəziyyətdən ciddi narahatlığını ifadə edən E.Məmmədyarov da regiondakı həll olunmamış münaqişələrin dinc yolla aradan qaldırılmasının vacibliyini bildirib.

Bir neçə gün əvvəl Hindistan Cammu və Kəşmir bölgələrinin muxtariyyətini ləğv etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanının Ciddə şəhərində olan baş ofisində təcili kontakt qrupunun iclası keçirilib.

İslam Əməkdaşlıq Təşkilatının kontakt qrupunun iclasında Azərbaycanı Səudiyyə Ərəbistanındakı səfir Şahin Abdullayev təmsil edib. Təşkilatın saytının yaydığı məlumata əsasən, kontakt qrupunun üzvləri “Kəşmir xalqına dəstək olduqlarını ifadə ediblər və onların öz müqəddəratlarını təyin etmə hüquqlarına dəstək bəyanatı veriblər”.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildiriblər ki, “Azərbaycan Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir və bu, Azərbaycanın prinsipial mövqeyidir. “Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıyıq, eynilə Cammu Kəşmir məsələsinin də həmin qurumun qətnamələrinə uyğun həllini, ümumiyyətlə isə bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlmiş bütün səyləri dəstəkləyirik” deyə,  Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bildirib.

8d705b08-75c8-4a80-bb0d-15e87a1450c1_640Ekspertlər hesab edir ki, Pakistan Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verən azsaylı ölkələrdən biridir. Bu baxımdan Pakistan Azərbaycanın dostudur və Bakı bunu itirmək istəmir. Digər tərəfdən isə Hindistan dünyanın ən nəhəng ölkələrindəndir və belə ölkə ilə də münasibətləri pozmamaq lazımdır.

 Bir neçə gün əvvəl Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib ki, bu məsələdə Bakının dəstəyini gözləyirlər:“Mən Xarici İşlər Nazirliyində oldum, cənab Araz Əzimovla görüşdüm. Təbii ki, biz Azərbaycandan da bu barədə rəsmi qətnamə qəbul etməyini istədik. Pakistan Qarabağ münaqişəsində hər zaman Azərbaycanın yanındadır və indiyədək Ermənistanı dövlət olaraq tanımırıq. Bizim parlamentimizdə də Xocalı soyqırımı və Ermənistanın işğalçılığı ilə bağlı qətnamə qəbul edilib”.

 

Qeyd edək ki, Kəşmir 1586-cı ildə Böyük Moğallar imperiyasının tərkibində olub.  1756-cı ildə əfqanlar, 1819-cu ildə siqhlər işğal ediblər. 1846-cı ildə ingilis müstəmləkəçiləri Kəşmiri işğal edib və 7,5 mln. rupi ödənclə Cammu knyazlığına veriblər. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan və Pakistan dövlətləri Kəşmiri öz ərazilərinə birləşdirməyə cəhd göstəriblər.

SÉid Xan Mohmand ile ilgili görsel sonucu

Pakistanın Kəşmirə 22 oktyabr 1947-ci il silahlı müdaxiləsi BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixdə dayandırılıb. Kəşmirin şimal-qərbi Pakistanın, qalan (əksər) hissəsi isə Hindistanın nəzarəti altına keçib. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən, Kəşmir ştat (Cammu və Kəşmir) hüququnda Hindistanın tərkibinə daxil olub.

1956-cı il noyabrın 17-də Kəşmir Müəssisələr Məclisinin qəbul etdiyi konstitusiyaya görə, Kəşmir “Hindistan İttifaqının tərkib hissəsi” elan edilib. 1955, 1960, 1962, 1963-cü illərdə Kəşmir məsələsi üzrə BMT-dəki müzakirələr, Hindistan-Pakistan danışıqları nəticə verməyib. 1965-ci ilin sentyabrında baş vermiş Hindistan-Pakistan hərbi münaqişəsi digər dövlətlərin fəal səyi nəticəsində dayandırılıb. 1971-ci ilin dekabrında yeni Hindistan-Pakistan hərbi münaqişəsindən sonra hər iki dövlət münaqişəli məsələləri dinc yolla nizama salmaq barədə razılıq əldə edilib. 1972-ci ilin avqustunda Dehlidə baş tutmuş Hindistan-Pakistan danışıqlarına əsasən, Kəşmirdə yeni nəzarət xətti müəyyən edilib.

Pakistanın Kəşmirə olan iddiaları Hindistana nisbətən daha çox sübutlara əsaslanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam