Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı

 Valideynlərə müjdə: yeni dərs ili ərəfəsində Bakıda ən ucuz məktəbli yarmarkası açıldı

Yenixeber.org: Sentyabr ayı yaxınlaşdıqca valideynlərin qayğısı da artır. Onlar yeni dərs ili ərəfəsində düşündürən bircə şey var, o da övladlarını ucuz, eyni zamanda keyfiyyətli məktəb ləvazimatları ilə təmin etməkdir.

Bunu nəzərə alan "Login" mağazalar şəbəkəsi xeyirxah missiyaya imza atıb və Bakıda ən ucuz məktəbli yarmarkası açıb.

Metronun "Qara Qarayev" stansiyasının "Təbriz" (keçmiş "Sevinc") kinoteatrı istiqamətində çıxışında fəaliyyətə başlayan yarmarkada Risiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Latviya, Hindistan və Pakistan kimi müxtəlif ölkələrin məhsulları ən aşağı qiymətlərlə təklif olunur. Məsələn, burada A4 kağızını 5 manatdan, qələm və karandaşı 5 qəpikdən, rəngli karandaş 50 qəpikdən, rəngli jumbo karandaşlar 1 manat 50 qəpikdən, 12 vərəqli yaşıl dəftərlər 5 qəpikdən, 40 vərəqli dəftərlər 30 qəpikdən, 60 vərəqli dəftərlər 40 qəpikdən, 100 vərəqli dəftərlər isə 60 qəpikdən satışa çıxarılıb.

Mağazalar şəbəkəsindən bildirilib ki, ən ucuz yarmarkada qiymətlərin belə aşağı təklif edilməsinin məqsədi yeni dərs ili ərəfəsində valideynlərin işini maddi cəhətdən xeyli yüngülləşdirməkdən ibarətdir.

Bir daha xatırladaq ki, metronun "Qara Qarayev" stansiyasının "Təbriz" (keçmiş "Sevinc") kinoteatrı istiqamətində çıxışında fəaliyyətə başlayan yarmarka hər gün səhər saat 9-dan axşam saat 21-dək işləyir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam