Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Axtarışlar nəticəsini verdi -Türkiyə böyük SƏRVƏT TAPDI

 

 

Türkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə verib.

Yenixeber.org: “Fatih” qazma gəmisi 170 milyard kub-metr təbii qaz yatağı aşkar edib.

“Fileleftheros” yunan nəşrinin xəbərinə görə, Baf adası sahillərində axtarış edən gəmi vəzifəsini uğurlu şəkildə tamamlayıb. Xəbər Avropa İttifaqı mənbələrinə istinadən verilib.

Həmçinin qeyd olunub ki, Türkiyənin ABŞ və Avropa İttifaqı tərəfindən sanskiyalara məruz qalması təhlükəsi onu geri addım atmağa məcbur edə bilməyib.

Cənubi Kipr Yunan Muxtariyyəti mediasına açıqlama verən Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu yunanların əməkdaşlıq etməyəcəyi təqdirdə, ölkəsinin enerji axtarışlarına davam edəcəyini deyib: “Türkiyə Şərqi Aralıq dənizində ən uzun sahilə sahib ölkə olaraq öz haqq və mənfəətlərini qoruyacaq. Ölkə olaraq dediyimiz sözləri meydanda həyata keçiririk. Beləcə, yunanların türkləri kənarlaşdıraraq enerji axtarışı aparmalarına öz addımlarımızla cavab veririk”.

Qeyd edək ki, Avropa İttifaqı Türkiyənin enerji axtarışlarını qanunsuz adlandırmış və bununla bağlı sanksiya tətbiq edəcəyini açıqlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam