Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan avtobus istehsalı zavodunun tikintisinə başlayır

 

 

Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun tikintisinə yaxın vaxtlarda başlanılacaq.

Yenixeber.org: Bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.

Onun sözlərinə görə, növbəti aylarda müəssisənin tikintisinə başlanılacaq: “Müəssisənin tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq. Onların ölkə daxilində istifadə olunması ilə bağlı aidiyyatı qurumlarla danışıqlar gedir. Avtobusların qiyməti yerli istehsal olduğu üçün aşağı olacaq. Onların əsasən qonşu ölkələrə ixracı nəzərdə tutulur". 

Qeyd edək ki, ilkin mərhələdə zavodda həm Avropa, həm də Asiya ölkələrinə məxsus ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Bunlar kiçik və böyük tutumlu avtobuslar olacaq. Müəssisə təxminən 5 hektar ərazidə fəaliyyət göstərəcək və 100 nəfəri işlə təmin edəcək. Layihənin dəyəri 11 mln. manatdır. 

Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələri də istehsal ediləcək. Bu layihənin dəyəri isə 7 mln. manat və 70-ə yaxın insanın işlə təmin olunmasına imkan verəcək. 

“Azərmaş”ın avtobus zavodunda payı 25%, ehtiyat hissələri layihəsində payı isə 50%olacaq.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam