Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Eynulla Fətullayev AQTA-ni ifşa etdi-"...bütün kafe və restoranlardan rüşvət yığırlar"

 

“Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı – Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır”.

Yenixeber.org: Məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) qarşı belə sərt ittihamla jurnalist Eynulla Fətullayev çıxış edib. O, “Facebook” statusunda bu barədə söhbət açıb.
Jurnalist iddia edib ki, Bakının bazarlarında açıq şəkildə ölü heyvan əti satılır, AQTA məmurları isə onu satanlardan rüşvət alaraq, buna göz yumurlar.

“Hər səhər, təxminən saat 5.00-dan-8.00-a qədər “Təzə Bazar”da ölü heyvan ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu “qara nöqtənin” əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu “qara bazar”dan rüşvət alır və belə cinayətlərə göz yumur… Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir”, – Fətulayev davam edir.

qosqar tehmezli aqta

Jurnalist öz statusuna AQTA rəhbəri Qoşqar Təhməzlinin fotosunu əlavə edərək fikrini belə bitirir:
“Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı…”

Qeyd edək ki, son vaxtlar AQTA-ya qarşı bu səpgili ittihamların sayı artıb.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam