Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mübariz Mənsimovun tankerlərindən biri “Elçibəy” olacaq

 

Azərbaycan əsilli türkiyəli iş adamı, “Palmali” şirkətlər qrupunun başçısı Mübariz Mənsimov öz tankerlərindən birini “Elçibəy” adlandırmaq niyyətindədir.

Yenixeber.org: Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

M.Mənsimov qeyd edir ki, 20-ci əsr Azərbaycana üç böyük lider bəxş edib: Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və Əbülfəz Elçibəy.

Daha sonra o, Elçibəy haqqında yazır: “Milli Azadlıq Hərəkatı məhz onun liderliyi ilə Azərbaycanın qolundakı buxovları qırdı. Bu günə qədər digər postsovet ölkələrində qalan rus qoşunlarını ölkəmizdən çıxararaq, həqiqi suverenliyimizə qovuşdurdu. Test islahatı keçirərək, varlı balaları ilə yanaşı kasıbların da üzünə ali məktəbləri açıq elan etdi”.

“Əbülfəz Elçibəyi də unutmamağa və unutdurmamağa qərar verdik. Bu ilin aprel ayında, gəmilərimizdən biri bu böyük şəxsiyyətin Əbülfəz Elçibəyin adını daşıyacaq”, - Mənsimov qeyd edib.

Bildirək ki, son zamanlar Mübariz Mənsimov sosial şəbəkələrdə fəaliyyətini artırıb və tez-tez Azərbaycan hökumətinə qarşı tənqidi fikirlər səsləndirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam