Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

ABŞ VENESUELADAKI DÖVLƏT ÇEVRİLİŞİNİ RƏSMƏN DƏSTƏKLƏDİ–Tramp müxalifət liderini müvəqqəti prezident kimi tanıdı!

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Venesuela müxalifətinin lideri Xuan Quaydonu keçid dövrü üçün prezident kimi tanıyır.

Yenixeber.org: Azadlıq Radiosu xəbər verir ki, yanvarın 23-də ölkə boyunca on minlərlə insan yürüş keçirirərək, sosialist prezident Nikolas Maduronun istefasını tələb edib.

Bu yürüşlərə çağırış etmiş Quaydo paytaxt Karakas şəhərində minlərlə tərəfdarının qarşısında çıxış edərək, prezident səlahiyyətlərini üzərinə götürdüyünü bəyan edib.

Müxalifərin başçılıq etdiyi Milli Assambleyanın sədri Quaydo ordunu hökumətə itaətsizlik göstərməyə çağırıb.

Karakasdakı nümayişlərdə çəkilmiş fotolarda etirazçıların Milli Qvardiyanın əsgərləri ilə qarşı-qarşıya durduğu görünür. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu xəbər verilib.

Bəzi xəbərlərə görə, ötən gün keçirilmiş yürüş zamanı dörd nəfər həlak olub.

 Bu arada Maduronu dəstəkləyən antinümayişlər də keçirilir. Müxalifət Maduronun ötən il keçirilən prezident seçkisində ikinci müddətə saxtakarlıqla seçildiyini bildirir.

Maduro iki həftə bundan əvvəl ikinci müddətə prezident kimi andiçmə mərasimindən keçmiş, amma beynəlxalq tənqidlərlə üzləşmişdi.

Trump öz bəyantında Maduronu “qanunsuz” adlandırıb və deyib ki, o, “Venesuelada demokratiyanın bərpası üçün Birləşmiş Ştatların iqtisadi və diplomatik gücünün tam çəkisindən istifadə edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam