Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Kərəm Həsənov dayısı yaşayan binaya asfalt çəkdirdi — Digər sakinlər isə PALÇIQDA QALDI (VİDEO)

  

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov dayısı Rahib Kərimova görə Cəlilabadın müəllimlər binasında yalnız bir bloka asfalt çəkdirdiyi iddia edilir. 


 Yenixeber.org: Bununla bağlı sosial şəbəkələrdə video materialı yayılıb. 


Həmin xəbərdə iddia olunur ki, Cəlilabadın müəllimlər binasında yalnız bir bloka asfaltlı yol çəkilib:

 

"Çünki bu binada Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun dayısı Rahib Kərimov yaşayır. Ətrafdakı digər yollar isə palçıqdır" - deyə sözügedən videoda qeyd olunur.


Məsələ ilə bağlı Milli Məclisin 67 saylı Cəlilabad şəhər seçki dairəsindən seçilmiş deputatı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənovla telefon əlaqəsi saxlasaq da, cəhdlərimiz müsbət nəticə verməyib. Bütün bunlara baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(demokrat) 

 



Zaur Hacılı

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam