Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Müsəlman dünyasını ayağa qaldıracaq ADDIM:İsrail on ölkə ilə…

 

Müsəlman dünyasını ayağa qaldıracaq ADDIM: İsrail on ölkə ilə…

İsrail təxminən on ölkə ilə səfirliklərin Təl-Əvivdən Qüdsə daşınması haqqında danışıqlar aparır.

Yenixeber.og: Bu haqda “RİA-Novosti” agentliyinə Yerusəlimin işləri üzrə nazir Zeev Elkin bildirib.

Onun sözlərinə görə, bu ölkələr arasında keçmiş SSRİ respublikaları da var.

“Bir sıra ölkələrlə səfirliklərin mümkün köçürülməsi haqqında danışıqlar aparılır. Onların sayı təxminən ondur”, - agentliyin həmsöhbəti deyib.

Lakin nazir hansı dövlətlərdən söhbət getdiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, 2017-ci il dekabrın əvvəlində ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Bu il mayın 14-də - İsrailin yaranmasının 70-ci ildönümündə ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. Bunun ardınca, Qvatemala və Paraqvay analoji addım atıb. Lakin sonradan Paraqvay öz qərarını təkrar gözdən keçirərək geri addım atıb.

Lakin dünyanın əksər ölkələri hesab edir ki, Qüdsün statusunun müəyyən edilməsi Yaxın Şərq münaqişəsinin həlli üçün vacibdir. Bildirilir ki, şəhərin statusu fələstinlilərlə razılıq əsasında həll edilməlidir.

Şəhərin həll edilməmiş statusuna və onun şərq hissəsinə fələstinlilərin iddialarına baxmayaraq, Braziliya, Avstraliya və Çexiya rəhbərliyi səfirliklərin mümkün köçürülməsi haqqında açıq danışırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam