Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

MİRCƏFƏRİN STALİNƏ MƏXFİ MƏKTUBU ÜZƏ ÇIXDI –Dörd min adamın həbsi üçün icazə istənilir (FOTO)

baqirov

Tarixçi alim Ədalət Tahirzadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovun əməllərini sübuta yetirən sənədin fotosunu yayıb.

 Yenixeber.org: Tarixçi  Mircəfər Bağırovun Azərbaycan vətəndaşlarına qarşı repressiya siyasəti apardığını bildirərək, onu dəstəkləyənləri tənqid edib: “Mircəfər Bağırov 9 iyul 1937-ci ildə SSRİ rəhbəri Stalinə məktub göndərərək, minlərlə insanın tutulub məhv edilməsinə icazə istəyir!”.

M.Bağırov Stalinə yazdığı məxfi məktubda Azərbaycanda 4 min şəxsin tutulması üçün sanksiya verilməsini xahiş edir. Həmin şəxslər kateqoriyalara bölünür: 1800 qolçumaq, 2200 cinayətkar. Onların arasında 500 şəxs “birinci kateqoriyadan olan qolçumaq və 500 cinayətkar” kimi qeyd olunur.

Stalinə yazılan məktubda vurğulanır ki, həbs olunanların 250 nəfəri müsavatçılar, ittihadçılar, daşnaklar və ruhanilərdir. Digərləri isə sovet hökümətinə qarşı mübarizə aparan qaçaq dəstələrinin üzvləridir.

Məktubda Stalindən xahiş olunur ki, həbs edilmiş bu şəxslərin ailə üzvlərinin NKVD-nin düşərgələrinə göndərilməsi təmin olunsun.

Bunun üçün 1937-ci ildə məhkəməsiz qərar çıxaran “üçlük”lərə əlavə buraxılış sanksiyalarının verilməsi istənilir. Məktubda Azərbaycandakı bu qara “üçlük” üzvlərinin adları da qeyd olunub. Bunlar Sumbatov, Teymur Quliyev və Cahangir Axundovdur. M.Bağırov bu adamlara qərar çıxarmaq üçün səlahiyyət verilməsini xahiş edir.(strateq)

baqirov

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?