Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

"Qızıl top"u Luka Modriç qazandı-Foto

 

Dekabrın 4-də “France Football” jurnalının təsis etdiyi “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçirilib.

 Yenixeber.org: "Qızıl top” mükafatına Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç layiq görülüb. O, səsvermə nəticəsində "Atletiko Madrid" klubunun hücumçusu Antuan Qrizmanı, "Çelsi" komandasının əsas forvardı Edən Hazardı və Kriştiano Ronaldonu ("Real Madrid"- "Yuventus") qabaqlayıb.

Mərasimdə, həmçinin FIFA tərəfindən bu il ilk dəfə olaraq ən yaxşı gənc (20 yaşa qədər) və qadın futbolçuya da mükafatlar təqdim edilib. Ən gənc kişi futbolçusu nominasiyasında qalib Fransanın PSJ komandasının hücumçusu Kilyan Mbappe olub. Ən yaxşı qadın futbolçu adına isə Fransanın "Lion" klubunun hücumçusu Ada Heqerberq layiq görülüb.

Qeyd edək ki, "France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldo və Lionel Messi mükafatı ən çox qazanan futbolçulardır. Onlar hərəyə beş dəfə “Qızıl top”a sahib olublar.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?