Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Avtonəqliyyat Gömrük İdarəsindən ŞOK RƏQƏM -FOTOFAKT

Avtonəqliyyat Gömrük İdarəsindən ŞOK RƏQƏM
Gürcüstandan Azərbaycana avtomobil gətirmək üçün tələb olunan rüsum heç vaxt təkrar olunmayacaq mütləq rekorddur.
Yenixeber.org: Almaniya istehsalı olan 10 min dollarlıq (17 min manat) "Mercedes" markalı avtomobili qonşu ölkə Gürcüstandan Azərbaycana gətirmək üçün 117 min manatlıq rüsum vermək lazımdır.

Avtonəqliyyat Gömrük İdarəsindən ŞOK RƏQƏM

Dövlət Gömrük Komitəsinin (DGK) rəsmi saytında qeyd olunanlara görə, istehsal tarixi 1 ildən çox və mühərrikin işçi həcmi 6300 sm.kub olan avtomobili Gürcüstandan Azərbaycana keçirə bilmək üçün 116849.76 manat cəmi vergi tələb olunur. Belə ki, sözügedən avtomobil üçün aksiz vergisi 83,400 manat, mühərrikin işçi həcminə görə tutulan gömrük rüsum 12,852 manat, əməliyyat haqqı 120 manat, vəsiqə haqqı 30 manat, ƏDV 20,412.36 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV 5.4 manat, ümumilikdə isə 116,849.76 manat vergi ödənilməlidir.

Qeyd edək ki, rəqəmlərdə sadəcə rəsmi rüsumlar göstərilib.("kommersant.az")

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam