Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Neft bu səbəbdən kəskin ucuzlaşır-Ekspert

 

Neftin qiymətinin düşməsi bazarda yaranan şəraitlə bağlıdır. Hazırda bazarda kifayət qədər neft bolluğu və buna dəlalət edən sübutlar var.

Yenixeber.org: Bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətindəki kəskin ucuzlaşmanın səbəbləri haqda danışarkən deyib.

Ekspert bunun öz əksini OPEK-in son hesabatlarında tapdığını da vurğulayıb:

“Bunun nəticəsidir ki, cari ilin dördüncü rübü və 2019-cu ilin əvvəli üçün OPEK-in proqnozları bazar iştirakçılarının böyük təşvişinə səbəb olub. Çünki OPEK hesab edir ki, artıq 2019-cu ilin əvvəlində bazara təklif olunacaq 1,2-2 milyon barrel neft istehlak edilə biləcək həcmdən çox olacaq. Bazarda neft olduqca çoxdur”.

Ekspert dekabrın əvvəlində Vyanada keçiriləcək OPEK konfransında hasilatın azaldılması müzakirəsinin neft bazarının iştirakçıları üçün pozitiv siqnal ola biləcəyini də qeyd edib.

Qeyd edək ki, dünya birjalarında neft kəskin ucuzlaşmaqdadır. Hazırda "Brent" markalı neftin qiyməti 58,75 dollar/barrelə düşüb. Bu, son səkkiz ay ərzində müşahidə edilən ən böyük ucuzlaşmadır.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam