Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Tramp göstəriş verdi:Fətullah Gülən ya Türkiyəyə ekstradisiya edilsin, ya da...

 

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosuna (FBİ) Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin qanuni yollarının tapılması üçün göstəriş verib. Bu barədə “NBC News” məlumat yayıb.

Yenixeber.org: Mənbə qeyd edir ki, Tramp Türkiyədə dövlət çevrilişi cəhdində ittiham edilmiş və barəsində qiyabi həbs qərarı verilmiş Gülənin ekstradisiyası fikrinə Səudiyyəli jurnalist Camal Xaşoginin qətlindən sonra baş vermiş hadisələr fonunda gəlib.

“NBC News” əlavə edir ki, Trampın bu qərarı onun ABŞ-dakı əleyhdarları tərəfindən hiddətlə qarşılanıb.

Bildirildiyinə görə, Tramp administrasiyası və Türkiyə tərəfi Gülənin Türkiyəyə ekstradisiyası baş tutmayacağı təqdirdə onun Cənubi Afrika Respublikasına göndərilməsi barədə danışıqlar da aparıblar. Sonuncu varianta əl atılarsa, mənbə iddia edir ki, bu addımı Fətullah Gülənin şəxsi istəyi ilə atdığı vurğulanacaq.

Bəzi şərhçilərin fikrincə, ABŞ-ın Güləni ekstradisiya etmək qərarının əsas səbəbi Xaşogi cinayətindən sonra Türkiyənin Səudiyyə Ərəbistanına təzyiqlərini yumşaltmaq istəyidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam