Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Hacı Əbdül Mehriban Əliyevanın yanında-Foto

Oktyabrın 23-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş İmam Hüseyn məscidinin açılışında iştirak edib.

 Yenixeber.org: Məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İmam Hüseyn məscidi barədə məlumat verib.

Bildirilib ki, məscid 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib. 1920-ci ildə bolşevik işğalından sonra məscid bir müddət bağlı qalıb. Lakin sonralar yenidən dindarların istifadəsinə verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid təmir olunub.

Azərbaycanın qədim məscidlərindən biri olan İmam Hüseyn məscidində 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işlərinə başlanılıb. Yüksək keyfiyyətlə aparılan təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi abadlaşdırılıb. Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.

Məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident Mehriban Əliyevaya Müqəddəs Qurani-Kərim hədiyyə edib.(azertac)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam