Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

RÜFƏT ASLANLI FRANSADA HEKTARLARLA TORPAQ ALIB –FOTOLAR

rufet

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçmiş sədri və Maliyyə Bazarlarına Nəzarət Palatanın sabiq başçısı Rüfət Aslanlının Fransada çoxmilyonlu mülkiyyətə sahib olduğu üzə çıxıb. 

Yenixeber.org: Məlumata görə, R.Aslanlı dövlət qulluğunda işlədiyi dövrdə elit şərab istehsalı ilə məşğul olub. Məmur Fransada Jironda vadisində, Qaronna çayının kənarında üzümlüklər və bahalı torpaq sahələri alıb.

Rüfət Aslanlının Fransanın cənub-qərbində enoloqların və dequstatorların daimi ştatda olduğu üzümlükləri və müasir çaxır zavodu var.

Fransada istehsal edilən şərabların vahid reyestrində göstərilir ki, Rüfət Aslanlının çaxır zavodu Maison d’Aslanli Bordeaux markası altında Cabernet Sauvignon, Cabernet Franc və Merlot şərabları buraxır. Özü də ekspertlər Rüfət Aslanlının nəfis şərablarını mütləq qızardılmış mal, maral və vəhşi quş əti ilə içməyi məsləhət görürlər.

Maraqlıdır ki, Rüfət Aslanlının şərabları açıq satışda yoxdur. Bu, onların yalnız çox yüksək qiymətə olduğuna dəlalət edir və bu səbəbdən də fərdi sifarişlər əsasında yayılır.

Qeyd edək ki, bir müddət əvvəl R.Aslanlı ölkə rəhbərliyinin qərarı ilə tutduğu yüksək vəzifədən kənarlaşdırılıb. Məlumata görə, hökumət maliyyə bazarlarının və ölkə bank sisteminin sabitliyi üçün məsuliyyət daşıyan Palata başçısının korrupsiya fəaliyyətinə şahidlik edən təkzibedilməz sübutlar əldə edib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam