Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Xanlar Vəliyevdən qardaşının güllələnməsi ilə bağlı növbəti sensasion açıqlamalar

 

Hərbi prokuror icra başçısı Elmar Vəliyevin vurulmasında suçlu bildiyi yeni ünvanları göstərdi; “Radikal müxalifət və dini-ekstremist təşkilatlarla...”

Yenixeber.org: Hərbi prokuror Xanlar Vəliyev Gəncə olaylarını “qanlı terror hadisələri” adlandırıb. O, Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsindəkı çıxışında bu hadisələri radikal müxalifət və dini-ekstremist təşkilatlarla xarici dövlətlərin xüsusi xidmət orqanlarının törətdiyini bildirib.

“Radikal müxalifət və dini-ekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşıdurma yaratmaq məqsədilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə, ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədib. Şəhər icra hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı sui-qəsd edib, asayişin kobud şəkildə pozulmasının qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetiriblər”, - hərbi prokuror bildirib.

Xanlar Vəliyev Gəncə olayları ilə bağlı əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini vurğulayıb.

İyulun 3-də hərbi prokurorun qardaşı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları bəyan edib ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub.

Ä°lgili resim

Bu sui-qəsddən bir qədər sonra - iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Elmar Vəliyevə qarşı törədilən sui-qəsdlə bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə cəhd və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələri ilə cinayət işi başlanıb.

Yunis Səfərovla cinayəti planlamış Gəncə şəhər sakini Ağa Hüseyn oğlu Sərxani “Aslanlar” tərəfindən məhv edilib. İstintaq müəyyən edib ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib. Elmar Vəliyevə qarşı törədilən terror aktından ötən müddət ərzində “Aslanlar” bir neçə əməliyyat keçirib. İyulun 3-də hüquq mühafizə orqanları -  DİN, Baş Prokurorluq və DTX birgə açıqlama yayaraq Gəncənin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı törədilmiş hadisənin terror aktı olduğunu elan edib. Həmin rəsmi açıqlamada Elmar Vəliyevə odlu silahdan atəş açmış Yunis Səfərovun hansı dairələrə bağlılığı da birbaşa olmasa da açıqlanıb. Elmar Vəliyevin qardaşı, Azərbaycan baş prokurorunun müavini, ölkənin hərbi prokuroru olan Xanlar Vəliyev Yunis Vəliyevin anasının erməni və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olmasını bildirmişdi.

Rusiya vətəndaşı olan Yunis Səfərovun Qumda və Suriyada xüsusi təlim keçərək Azərbaycana gəlməsi və belə bir qanlı aktı gerçəkləşdirməsi onun konkret olaraq hansı qrupun maraqlarından çıxış etməsini birmənalı söyləməyə imkan vermir. Yada salaq ki, Gəncədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən 2 polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov kəsici-deşici alətlərlə yetirilmiş zərbələr nəticəsində öldürülməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü və 228.4-cü maddələri ilə cinayət işi başlanıb. Qanlı cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və eyni təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən ediliblər. Xüsusi əməliyyat zamanı R.Böyükkişiyev öldürülüb, F.Qasımov həbs edilib. Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.(müsavat)

E.HÜSEYNOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam