Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ermənistanda əhali Qaregini mühasirəyə aldı -VİDEO

Ermənistanda əhali Qaregini mühasirəyə aldı - VİDEO
Ermənistanda etiraz edənlər Qndevanka yola düşmək istəyən bütün ermənilərin katolikosu II Qareginin kortejini mühasirəyə alıblar.

Yenixeber.org: Qndevanka geri aparan yol avtomobillərlə və daşlarla bağlanıb, etiraz edənlər təhdid dolu çağırışlar səsləndirirlər
Xatırladaq ki, bir neçə gün əvvəl “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri II Qareginin Eçmiədzin kilsəsindəki dəftərxanasına basqın edərək, katolikos istefa verənədək kilsədə qalacaqlarını bəyan etmişdilər. Lakin polis zorla onları kilsədən çıxardı.



Onu da qeyd edək ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra erməni apostol kilsəsinin bir sıra keşişlərinin təşəbbüsü ilə başlayan “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir aydan çoxdur Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin xalqın qarşısına çıxıb, indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb edirlər.

Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bildirirlər. Artıq keşişlərə qoşularaq II Qareginə qarşı çıxan ermənilərin sayı durmadan artır. II Qaregin isə istefa vermək niyyətində olmadığını bildirib.

Köçəryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir. (Virtualaz.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam