Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşəcək-Bu gün


Futbol üzrə dünya çempionatında bu gün ilk finalçı müəyyənləşəcək.

Yenixeber.org: Məlumata görə, ilk yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gələcəklər.

Fransa 1/4 finalda Uruqvayı 2:0 hesabı ilə məğlub edib. Belçika isə 5 qat dünya çempionu Braziliyanı 2:1 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.

Komandalar bu vaxta qədər dünya çempionatlarında 2 dəfə qarşılaşıblar. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşıb. Fransa 1938-ci il dünya çempionatının 1/8 finalında Belçikanı 3:1 hesabı ilə məğlub edib. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıb.

Belçika tarixi ərzində ikinci dəfə yarımfinal oyununa çıxacaq. Komanda ilk dəfə 1986-cı ildə bu mərhələdə iştirak edib. Avropa təmsilçisi həmin mundialın qalibi olan Argentinaya 0:2 hesabı ilə uduzub.

1998-ci dünya çempionatının qalibi olan Fransa isə 6-cı dəfə yarımfinal matçına çıxacaq. 1958, 1982 və 1986-cı il mundiallarında məğlub olan komanda, 1998 və 2006-cı ildə finala vəsiqə qaza bilib.

DÇ-2018, ½ final

22:00 Fransa – Belçika

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam