Redaktor seçimi
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Əhməd Əhmədzadə vəzifəsindən alınır(?)
Kəbirə Məmmədovaya 32 000 manatlıq iddia-
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Günün xəbəri

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu -FOTOLAR

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu - FOTOLAR
Bu gün bəzi yerli elektron informasiya vasitələri guya Xankəndi üzərində Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı erməni mətbuatının yaydığı xəbəri tirajlayıb.
Yenixeber.org: Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanını, o cümlədən Xocalı aeroportunu daim nəzarətdə saxlayır, hərəkət edən bütün aviasiya vasitələri izlənilir və istənilən uçuşların marşrutları barədə məlumatlar dərhal avtomatik rejimdə HHQ-nin Komanda Məntəqəsinə ötürülür.

"İyunun 16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində hər hansı bir qırıcı təyyarənin olması müşahidə edilmir. Uçuş-eniş zolağı yaxınlığında köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarələri və çoxməqsədli Mi-8 helikopteri müşahidə olunur.

Bu kimi təxribat xarakterli məlumatlar düşmən tərəfindən məqsədyönlü surətdə yayılmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlib və yerli kütləvi informasiya vasitələrinin Ermənistanın belə informasiya avantyuralarına reaksiya verməmələrini xahiş edirik"- nazirliyin məlumatında qeyd olunub.






шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?