Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yağın bahalaşmasından kim qazanır? –Bir neçə şirkət qiyməti ucuzlaşmağa qoymur (EKSPERTDƏN AÇIQLAMA)


“Bir qədər əvvəl Azərbaycanda kərə yağının idxalı üçün rüsumların endirilməsindən udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılar olub”.

Yenixeber.org: Bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib.

“Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb ki, ötən ay ərzində mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma, toyuq ətinin, zeytun və kərə yağlarının, qəhvə və çayın qiymətlərində isə bahalaşma qeydə alınıb. DSK-nın məlumatında 2 məqama diqqət yetirmək istərdim.

1-si ucuzlaşma ilə bağlıdır.

Mənim müşahidələrimə görə, mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun qiymətlərində də bahalaşma davam edib. Ötən aydan bahalaşan yumurtanın 1 ədədinin qiyməti hazırda 20 qəpikdir. İkinci maraqlı məqamlardan biri odur ki, kərə yağlarının qiymətində davamlı olaraq artım müşahidə olunur və bunu DSK-da təsdiq edir.

Halbuki, ötən ilin dekabrın 7-dən Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib.

 Ondan əvvəl isə idxal rüsumu 15 faiz təşkil edirdi. Bu qərar 2019-cu ilin dekabrın 31-dək qüvvədə olacaq. Görründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə rüsumun dərəcəsi 3 dəfə endirilsə də kərə yağının qiymətində ucuzlaşma qeydə alınmadı, əksinə bahalaşma müşahidə olundu.

Bu isə onu deməyə əsas verir ki, kərə yağının qiymətinin bahalığı idxal rüsumun dərəcəsinin yüksək olması ilə deyil başqa səbəblərlə bağlıdır. Əslində Nazirlər Kabinetinin müvafiq qərarı ilə endirilən rüsumlar 6 aydır ki, udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılar olub. Belə ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur.

Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür. Yeni Zellandiyadan gətirilən kərə yağı isə bazarı bölüşdürən bir neçə şirkətin oliqopliyasındadır. Onlar da öz aralarında qiymət razılaşmasına getməklə, kərə yağının nəinki ucuzlaşmağa qoymur, əksinə bahalaşdırırlar.

 Odur ki, yeni yaradılan, amma hələ də rəhbəri təyin olunmayan istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək, onları yağın qiymətinin bahalaşmasında inhisaraşma meyllərini gücləndirən oliqopol şirkətlərə qarşı qanunvericiliyi tələblərinə uyğun tədbirlər görməyə çağırıram.

Qeyd edək ki, hazırda Avropada qida məhsullarının qiymətlərinin fərqli istiqamətdə dəyişməsi müşahidə edilir.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki yağı, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətlərini ölçən Ərzaq Qiyməti İndeksi, mayda əvvəlki aya nisbətən 1,2 faiz artaraq 176,2 bəndə yüksəlib.

Belə ki, süd məhsullarının qiyməti mayda 5,5 faiz, keçən ilin eyni ayı ilə müqayisədə isə 11,5% artıb.

Əvəzində bitki yağlarının qiyməti son iki ildə 2,6% azalıb. (Fed.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam