Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

20 mayQİCS Qurbanlarının Dünya Xatirə Günüdür

 Bu gün - 20 may QİCS Qurbanlarının Dünya Xatirə Günüdür

Yenixeber.org: Hər il may ayının üçüncü bazar günü dünyada QİÇS-dən vəfat edənlər xatırlanır.
Bu, ictimaiyyətinin diqqətini QİÇS xəstələri və İİV infeksiyası daşıyıcılarının problemlərinə cəlb etmək, həmçinin dünyada bu problemin yayılmasının qarşısını almaq məqsədilə keçirilir. Bu gün HİV virusunun yayılmasına qarşı insanlara xəbərdarlıq etmək və onları bu təhlükədən uzaq olmağa çağırmaq məqsədilə mühazirələr oxunur, maarifləndirici, xatirə və xeyriyyə tədbirlərinin keçirilməsi təşkil edilir.
QİÇS Qurbanlarının Dünya Xatirə Günü ilk dəfə 1983-cü ildə Amerikanın San-Fransisko şəhərində qeyd edilib. Bir neçə il sonra həmin xəstəliyə qarşı hərəkatın simvolu yaranıb. 1991-ci ildə rəssam Frenk Mur bu xəstəlik səbəbindən həyatdan gedənlərin xatirəsinə geyimə sancaqlanmış qırmızı lent, yaxud müxtəlif rəngli parçalardan yığılmış xüsusi nişan vurmağı təklif edib. Bu problemə biganə olmayanlar QİÇS Qurbanlarının Dünya Xatirə Günü hazırlanmış nişanları yaxalarına taxırlar.
Dünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada immun çatışmazlığı virusuna yoluxmuş 42 milyon insan yaşayır və hər gün həmin rəqəm 14-15 min nəfər artır. İmmun çatışmazlığı virusuna yoluxanların əksəriyyəti 30 yaşınadək olan gənclərdir. Son 25 il ərzində təxminən 25 milyon nəfər QİÇS xəstəliyindən vəfat edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam