Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

HÜSEYN ABDULLAYEV AZƏRBAYCANA GƏTİRİLİB! –Türkiyədə saxlanılıb! (ŞOK)

 

1444917560_quska-1

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat, biznesmen “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib. Bu barədə “Qafqazinfo” xəbər verib.

Yenixeber.org: Məlumata görə, Azərbaycan tərəfindən vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaq təhvil verilib.

Maraqlıdır ki, H.Abdullayevin “Facebook” profili hazırda bağlıdır. Bu, H.Abdullayevin həbs olunduğu ehtimalını artırır.

“AzPolitika” xatırladır ki, Azərbaycan hakimiyyəti son vaxtlar Avropadakı bəzi mühacirlərin Prezident İlham Əliyev və ətrafına qarşı apardıqları təhqir kampaniyasının H.Abdullayevlə bağlılığı olduğundan şübhələnirdi. Ara-sıra hökumətyönlü KİV-lər belə iddialar irəli sürürdülər. Bu baxımdan Azərbaycanın hüquq-mühafizə orqanlarının H.Abdullayevin Azərbaycana gətirilməsi istiqamətində səylərini daha da artırdıqları istisna olunmurdu. Belə görünür ki, bu cəhdlər nəticə verib.

Onu da qeyd edək ki, H.Abdullayev payıza planlaşdırılan prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətini açıqlamışdı. Seçkilər 6 ay əvvələ çəkildikdən sonra o, boykot qərarını açıqladı.

Xatırladaq ki, H.Abdullayev bir neçə ildirki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

V.Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam