Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

YENİ BAŞ NAZİR MƏLUM OLDU! –ŞOK

 

trend_novruz-mammadov_270515_3

Prezident İlham Əliyevin baş nazir vəzifəsinə kimin təqdimatını verdiyi məlum olub. Bu barədə deputat Zahid Oruc Facebook-da paylaşdığı yazısında məlumat verib. Məlumata görə, yeni baş nazir Prezidfent Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov olacaq.

Yenixeber.org: Deputat yazır: “Novruz Məmmədov uzun illər dövlət idarəçiliyində peşəkarlaşan bir insandır.O,90-cı illərin ağır siyasi sınaqları zamanı Ulu öndərin komandasının sədaqətli üzvlərindən biri olub və böhranlı anlarda sabit mövqe nümayiş etdirib.Beynəlxalq məsələlər onun kurasiyasında olduğundan və ölkə rəhbərini xarici səfərlərdə daim müşaiyət etdiyindən dövlət sirlərini bilir,qlobal mənafe savaşlarından baş çıxarır və Birinci şəxsin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb.

O,heç zaman intriqalarda və ya maraq toqquşmalarında ad çıxarmayıb.Hamı qəbul edir ki,ölkəmiz yeni bir dönəmə daxil olur.Cənab İlham Əliyev yüksək ambisiyalı proqramları qarşıya qoyduğundan ona çevik,reputasiyası təmiz və xalqın iqtisadi-sosial çağırışlarını öz üzərinə götürməyi bacaran bir hökumət lazımdır.Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır.

Kimin necə qiymətləndirməyindən asılı olmayaraq,tarix subyektivimizmi silib atır və həqiqətləri öz adı ilə çağırır.Zaman ədalətli hakimdir.O üzdən, Artur Rasi-zadə özünün elitarlığı,Heydər Əliyev ideallarına sədaqəti və təvazökarlığı ilə yaxşı bir miras qoyub getdi.Doğrudur,estafeti başqa insanlara verərkən,bir daha idarəçilik sistemində varislik ənənələrini qoruyub saxlamaqla bərabər,yeni nəfəs və ruh tələb olunan sahələrdə xalqın içərisinə gedən bir hökumət həyati zərurətə çevrilib,ən yüksək meyarlarla fəaliyyət göstərən komanda bir nömrəli məsələ kimi qarşıya çıxıb.Çünki min illik arzularımızdan sonra qurduğumuz dövlət hər kəsin güvəndiyi müqəddəs bir məbəd olmalıdır.Ona görə daxildə vətəndaşın qayğıları daşıyan hökumət,ona rəhbərlik edən Komandana böyük meydan açır.Axı regional və beynəlxalq qayğıları çiyinlərində daşıyan bir liderin-cənab İlham Əliyevin ölkə daxilində yaxın köməkçilərinə çevrilən məmur ordusu düşmənlə savaşan Silahlı Qüvvələr qədər əlahiddə əhəmiyyətə malikdir.

Təki,əziz millətimiz üçün xeyirli olsun!”

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?