Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İRƏVANDA KÜTLƏVİ İTAƏTSİZLİK AKSİYALARI BAŞLADI –Etirazçılar polislə toqquşdu – CANLI

 

235378_res_01Yenixeber.org: İrəvanda polislə nümayişçilər arasında baş verən toqquşma zamanı 22 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. TASS xəbər verir ki, yaralananlardan 3-ü polisdir.“Nairi” tibb mərkəzindən bildirilib ki, polislərdən birinin vəziyyəti ağırdır və hazırda əməliyyatdadır. Digər xəsarət alanların vəziyyəti isə yüngüldür və bu gün xəstəxanalardan buraxılacaqlar. Xəsarət alanlar arasında nümayişçilərin lideri Nikol Paşinyan da var. O, ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb. N.Paşinyan xəstəxanada jurnalistlərə açıqlama verərək bütün Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb: ““Mən gözümdən və əlimdən yaralandım. Böyük ehtimal ki, tikanlı məftilləri keçmək istəyərkən səs qumbarasının partlaması nəticəsində xəsarət almışam. Lakin mübarizə davam edir”.
Paşinyan yenidən etirazçılara qoşulacağını bildirib.
Nümayişçilər isə hələ də Baqramyan prospektindədirlər. Daha əvvəl polis tikanlı məftilləri keçərək parlamentə doğru hərəkət etmək istəyən etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib.
Qeyd edək ki, sabah parlamentdə Serj Sarkisyanın baş nazir postuna təsdiqlənməsi ilə bağlı səsvermə keçiriləcək. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

İrəvanda deputat və müxalifət lideri Nikol Paşinyanın başçılıq etdiyi nümayişçilər Dövlət Tibb Kollecinin binasına daxil olub. Nümayişçilər şüarlar səsləndirəək kollecin ərazisindən keçiblər, dərs prosesi pozulub, tələbələrin bir hissəsi nümayişçilərə qoşulub.
Bundan əvvəl isə Paşinyanın tərəfdarları Baqramyan prospekti ilə yürüş edərək Yazıçılıq İttifaqının binasına qədər gediblər. Baqramyan prospektinə çıxan yollarda nəqliyyatın hərəkəti iflic olub. Ermənistan Konstitusiya Məhkəməsinin binası önündə polis kordonu qoyulub, üzbəüz isə nümayişçilər toplaşıb.
Paşinyan və tərəfdarları Baqramyan prosepekti ilə yürüş edərkən başqa küçədə nümayişçilərlə polis arasında toqquşma olduğunu eşidərək həmin istiqamətə gediblər.

Yerevanda yaranmış vəziyyətlə bağlı olaraq Ermənistan polisi bəyanatla çıxış edərək bildirib ki, vətəndaşların həyatına, sağlamlığına və əmlakına qarşı yönəlmiş hərəkətlər qeydə alınsa nümayişçilərə müdaxilə ediləcək.


irevan-aksiyaBazar ertəsi səhər tezdən İrəvanın mərkəzi küçələrində avtomobil tıxaclarıdır. Serj Sarkisyanın baş nazir seçilərək hakimiyyətə qayıtmasına qarşı etiraz edənlər yolların ortasında oturub, ya əl-ələ verib nəqliyyatın hərəkətini dayandırır. Yüzlərlə tələbələr etiraz aksiyalarına qatılıb. Onlar tələbə yoldaşlarını tətilə qoşulmağa çağırırlar. Tələbələr canlı hasar yaradaraq, küçələri bağlayır. Bəzi sərnişin və sürücülər narazılıq edir, bəziləri avtomaşından düşüb etirazçılara birləşirlər
Təşkilatçılar sürücü və sərnişinlərdən üzr istəyərək, izah edirlər ki, dözümlü olsunlar.
“Müvəqqəti narahatlığa görə dözümlü olmağı xahiş edirik. Bu, daha böyük narahatlıqdan – Serj Sarkisyan mafiyasının hakimiyyətə qayıtmasından – xilas olmaq üçün atılan məcburi addımdır”, – hərəkata rəhbərlik edən müxalif millət vəkili Nikol Paşinyan səsucaldanla elan edir və tərəfdarlarını narazılıq izhar edən digər sakinlərlə mübahisəyə girməməyə çağırır. Bəzi yerlərdə polis güclə yolları açmağa uğursuz cəhdlər edir.

Nikol Paşinyan

Ermənistan paytaxtında bu səhərdən başlanan kütləvi vətəndaş itaətsizlik tədbirlərinin planını Serj Sarkisyanın baş nazir qismində hakimiyyətə qayıtmasına qarşı davam edən fasiləsiz etiraz aksiyasının lideri, millət vəkili Nikol Paşinyan dünən axşam mitinq zamanı elan edib.

Nəzərdə tutulan tədbirlər Ermənistan paytaxtında nəqliyyat hərəkətini tam iflic edə bilər. Milli Məclisdə çoxluq təşkil edən hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) fraksiyası öz lideri, keçmiş prezident Serj Sarkisyanın namizədliyini irəli sürülmək üçün bazar ertəsi yığışmalıdır və aksiyanın başlıca məqsədi də bu iclasın işini iflasa uğratmaqdır.

Şənbə günü hakim partiyanın idarə heyəti aprelin 9-da ikinci prezidentlik müddəti başa çatan Serj Sarkisyanın namizədliyini baş nazir vəzifəsinə təqdim edib.

Yerevan, aksiya

Yeni, 2015-ci il Konstitusiyasına əsasən, baş nazirin namizədliyini səs çoxluğu ilə Milli Məclis təsdiq etməlidir. Hazırda hakim partiya öz koalisiya müttəfiqi Daşnaksutyun Erməni İnqilabi Federasiyası fraksiyası ilə parlamentdə kifayət qədər səsə malikdir.

Nikol Paşinyan İrəvanın mərkəzində mitinq zamanı İrəvan əhalisinə müraciət edərək, bazar ertəsi səhər saatlarında, ilk növbədə paytaxt rayonlarını şəhərin mərkəzilə birləşdirən körpüləri bağlamağa çağırdı.

O, əhalini öz şəxsi avtomobilləri ilə körpü üzərindən yol hərəkətini bağlayıb piyada Milli Məclis binası yerləşən Bağramyan prospektinə getməyə çağırdı.

“Sizin avtomaşınlarınız körpünün üstündə nasaz ola bilər. Siz onları orada qoyub, piyada parlament binasının ətrafına gedə bilərsiniz”, – Paşinyan bəyan etdi və yol boyunca İrəvan sakinlərini aksiyaya qatılmağa səsləməyi təklif etdi.

Yerevan, aksiya

Yerüstü nəqliyyatdan başqa, metronun da hərəkəti dayandırılmalıdır. Bunun üçün etirazçılar metro vaqonlarının açıq qapıları arasında yerə uzanarlar. Paşinyan tələbələri də tətil elan edib Bağramyan prospektinə, parlament binası ətrafına toplaşmağa çağırıb.

Müxalif millət vəkili hətta özü və ya etiraz aksiyalarını təşkil edən fəalların bu gecə həbs olunması təqdirdə, kütləvi itaətsizlik planının qüvvədə qaldığını dedi.

“Mən millət vəkiliyəm. Həbs etmək üçün məni parlamentə aparmalıdılar və parlament mənim deputat toxunulmazlığımı ləğv etmək qərarı qəbul etməlidir. Mən parlament tribunasından çıxış edib, gələcək hərəkətlər planımızı deyərəm”, -Paşinyan deyib.

Yerevan, aksiya

Etiraz iştirakçıları üçüncü gündür ki, İrəvanın mərkəzində bir neçə küçə və prospektində nəqliyyatın hərəkətini bağlayıb və gecə-gündüz fasiləsiz aksiyalar keçirir. Yüzlərlə insan mitinqdən sonra gecəni burada keçirir. Onlar üçün burada bir neçə xarici diaspor ermənilərinin ianələri hesabına pulsuz bufet təşkil edilib. Hələlik hüquq-mühafizəçi orqanları nəinki müdaxilə etmir, hətta yaxınlıqda bir nəfər də olsa polis əməkdaşı görünmür (BBC Azərbaycan).

0FFAxar.az isə xəbər verir ki, Paşinyanın rəhbərlik etdiyi etirazçılar mərkəzi küçələrini tam qapadıb “Nyus.am” saytı Paşinyanın tərəfdarlarının “Yertisardakan” metro stansiyasının fəaliyyətinə mane olmaq cəhdinə polisin imkan vermədiyini bildirib. Polis insidentin qarşısını alan zaman etirazçılara güc tətbiq edib.

Hazırda İrəvanın mərkəzində aksiya genişlənməkdədir. Müxalifətin böyük etirazlar Serj Sərkisyan və komandasında narahatlıqlar yaratmağa başlayıb. Belə ki, Sərkisyan artıq müxalifətlə toqquşmadan yayınmaq üçün partiyasının iclasını İrəvanda keçirməkdən imtina edib. O, iclas üçün əsas qərargah kimi İrəvanın 50 kilometrliyində yerləşən Tsaxkadzor şəhərini seçib.

Daha sonra İctimai Radionun binasını ələ keçirən Paşinyan xalqa müraciət etmək istəsə də, binanın işıqları kəsilib. O isə aksiyada iştirak edən media nümayəndələrinin texniki dəstəyi ilə müraciətini gerçəkləşdirə bilib. Nikol Paşinyan xalqı Serj Sərkisyana qarşı mübarizəyə səsləyib.

Əgər Ermənistan parlamentindən kənarda iclas baş tutsa, biz İrəvanı öz nəzarətimizə alacağıq. Bunu jurnalistlərə açıqlamasında Nikol Paşinyan deyib.

“İrəvan həqiqətən Ermənistan Respublikasının vətəndaşlarının paytaxtı olacaq. Biz hər şeyi bloklayacağıq. Hədəfimiz parlamentin sabahkı iclasına maneə yaratmaq və vətəndaşların küçədə olmasını təmin etməkdir”, – deyə o bildirib.

Mətbuatın iddiasına görə, Serj Sərkisyan baş nazir seçilməzdən əvvəl Avropa Birliyi ilə münasibətləri korlamaq, üstəlik, Qərbin təzyiqindən uzaq durmaq üçün hələlik etirazçılara güc tətbiq etməkdən yayınır. Sərkisyan həmçinin yeni baş nazirlik dönəminin 2008-ci ildə olan I prezidentlik dönəmi kimi qırğınlarla başlanmasını istəmir. Hamisi Rusiyanın beynəlxalq aləmdə təcrid edildiyini anlayan Sərkisyan bu dəfəki zorakılıq zamanı Qərbə qarşı çarəsiz vəziyyətdə qalacağını anlayır.

 


***
9fbadc8f-ca9e-4cd2-bcde-8452abacf740_292Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.
Onlar dəsrlərə girməyiblər və otraq aksiya keçirirlər.
Tələbələr Yerevanın Baqramyan prospektini bağlayıblar. Bu səbəbdən şəhərin mərkəz hissəsində nəqliyyatın hərəkəti ifliç olub və tıxac yaranıb. Polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. Tələbələr isə bu tələbə məhəl qoymayıblar. Bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.
Qeyd edək ki, aprelin 13-də Serj Sarqsyanın baş nazir olmasının qarşısının alınması məqsədi ilə Yerevanda bir sutka fasiləsiz mitinq keçirilib.
Aprelin 14-də Ermənistanın hakim Respublikaçılar Partiyası S.Sarqsyanın baş nazir postuna namizədliyini rəsmi olaraq, irəli sürüb. Baş nazirin namizədliyi parlamentin apreıin 17-də keçiriləcək iclasında təsdiqlənəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam