Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanda prezidentliyə iddialıların sayı 15-ə çatdı

Azərbaycanda prezidentliyə iddialıların sayı 15-ə çatdı

 

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha iki nəfərin Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq edilib

 

Yenixeber.org: İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Əliyevin və prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Məmmədovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb. Qeyd olunub ki, Ə.Əliyevin və S.Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur.

Məsələ səsə qoyulub və təsdiq edilib. Daha sonra Vətəndaş və İnkişaf Partiyasının və Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunanların sayı 15 nəfərə çatıb. Bundan əvvəl MSK 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam