Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Fuad Poladov xərçəng xəstəliyinə tutulub

Fuad Poladov xərçəng xəstəliyinə tutulub

 

Azərbaycanın xalq artisti Fuad Poladov xərçəng xəstəliyinə tutulub. 

 

Yenixeber.org: Tanınmış aktyor hazırda Milli Onkologiya Mərkəzində müalicə olunur.

 

APA TV-nin məlumatına görə, səhhətində ciddi problemlər olan Fuad Poladov bu səbəbdən Səməd Vurğun adına Rus Dram Teatrında yeni mövsümün açılışında iştirak edə bilməyib. Teatr yeni mövsümü Ejen İoneskonun "Mərasim" pyesi əsasında hazırlanmış tamaşa ilə açıb. Fuad Poladov həmin gün açılışa gəlməli olsa da, həkim icazə verməyib. Xalq artistinin qırtlaq xərçəngindən əziyyət çəkdiyi bildirilir. Fuad Poladov artıq bir müddətdir ki, danışa bilmir.

 

Fuad Poladov ağır xəstəliyi səbəbilə yanvar ayından səhnəyə çıxmır. Onun durumunun hansı ağırlıqda olduğu bəlli deyil. Xalq artistinin ciddi müalicəyə ehtiyacı olduğu bildirilir, bu müalicə üçün isə külli miqdarda vəsait tələb olunur.

 

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam