Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Həkim ürəyindən bıçaqlandı -Pirşağıda

9dfa4b47-dc5c-4531-abdc-cf3c6d6a7f2f_292

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Yenixeber.org:  Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsindən verilən məlumata görə, hadisə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 14 saylı köməkçi yardım stansiyasında qeydə alınıb.

Həmin “təcili yardım” stansiyasında xəstə baxıcısı işləyən qadının birinci həyat yoldaşı, 1979-cu il təvəllüdlü Hüseynov Abbas Seyid oğlu sərxoş vəziyyətdə və əlində bıçaq xəstəxanaya gələrək keçmiş arvadını öldürmək istəyib. Bu zaman stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Yusifov Əflatun araya girərək kişinin bu əməlinin qarşısını almağa çalışıb. Lakin qarşı tərəf sakitləşməyərək qadının əvəzinə həkimi ürək nahiyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək əməliyyat otağına aparılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  /”Report”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam