Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Millimiz Şimali İrlandiya yığmasına məğlub oldu -0:1

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində altıncı oyununu keçirib.

Yenixeber.org:    Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiya yığmasını qəbul edib.

Görüşün ilk hissəsində hesab açılmayıb.

Azərbaycan millisi iki dəfə hesabı açmağa yaxın olsa da, bundan yararlana bilməyib. Belə ki, matçın 16-cı dəqiqəsində Dmitri Nazarovun vurduğu zərbədən sonra top qapının üstündən keçib. Yeddi dəqiqə sonra Ramil Şeydayov real qol imkanından yararlana bilməyib.

İkinci hissəyə əlavə olunmuş dəqiqələrdə Şimali İrlandiya millisi istəyinə nail olub. Stüart Dallas oyunda yeganə qolun müəllifi olub.

Bu qələbədən sonra Şimali İrlandiya 13 xalla 2-ci pillədəki mövqeyini möhkəmlədib. 7 xalı olan Azərbaycan isə 4-cü pillədə qalıb.

Qeyd edək ki, bu gün Azərbaycan yığmasının yer aldığı C qrupunda daha iki oyun keçiriləcək. Lider Almaniya San Marinonu, Norveç isə Çexiyanı qəbul edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam