Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Dünyanın ən iri investisiya fondu yaradılır

 

dollarlar2

 

Yaponiyanın texnologiya nəhəngi “Softbank” Səudiyyə Ərəbistanı ilə müştərək yaratdığı “Vision Fund” investisiya fondu 100 mlrd. ABŞ dolları həcmində vəsaitlə fəaliyyətə başlayır.

Yenixeber.org:   “Habertürk” saytına istinadən xəbərə görə, adıçəkilən Fondun qlobal texnologiya sektorunda mühüm dəyişikliklər edəcəyi gözlənilir.


Fonda yaxın 5 ildə ən böyük maliyyə dəstəyini 45 mlrd. dollarla S.Ərəbistanının Dövlət İnvestisiya Fondu verəcək. “Softbank”ın isə “Vision Fund”a 25 mlrd. dollar yatırım edəcəyi gözlənilir. Qeyd edək ki, bununla yanaşı “Apple” və “Sharp” şirkətlərinin hər biri “Vision Fund”a 1 mlrd. dollar verəcəyini bildirib. Fonda investisiya qoyanlar arasında həmçinin “Oracle”, “Foxconn” və “Qualcomm” kimi məşhur texnologiya şirkətləri yer alıb.
Hazırda S.Ərəbistanında olan Yaponiyanın ən zəngin adamı – “Softbank Group”un sahibi Masayoşi Son (Masayoshi Son) “Vision Fund”un rəsmi olaraq paytaxt Ər-Riyadda fəaliyyətə başlayacağını qeyd edib.
Xatırladaq ki, “Vision Fund” 2016-cı ilin oktyabr ayında qurulub və məqsədi dünyada texnologiya sahəsində yeni araşdırmalara dəstək verməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam