Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ərdoğan yenidən AKP-nin sədri seçildi

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında partiyanın sədri seçilib.

Yenixeber.org:   Bu il aprelin 16-da qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər prezidentə partiya üzvü və partiya sədri olmaq hüququ verib.

Mayın 2-də R. T. Ərdoğan 33 ay sonra yenidən AKP-nin üzvü olub. Bu gün isə R. T. Ərdoğan1414 səslə  998 gün sonra yenidən AKP sədri seçilib.

Qeyd edək ki, Ərdoğan prezident seçilməsi ilə əlaqədar 2014-cü ilin avqustunda AKP üzvlüyündən və partiyanın sədri postundan istefa verib.

Xatırladaq ki, AKP 14 avqust 2001-ci ildə yaradılıb. Partiya 2002-ci il noyabrın 3-də keçirilən parlament seçkilərində qələbə çalaraq hakimiyyətə gəlib. Həmin vaxt məhkəmənin barəsində siyasətlə məşğul olmasının qadağan edilməsinə dair qərarı olduğu üçün R. T. Ərdoğan seçkilərdə iştirak edə bilməyib. Barəsindəki siyasi qadağa aradan qaldırıldıqdan sonra 9 mart 2003-cü ildə Siirtdən deputat seçilib. Bununla əlaqədar 11 mart 2003-cü ildə Abdulla Gül hökuməti istefa verib. R. T. Ərdoğanın rəhbərliyi ilə həmin il martın 14-də yeni hökumət qurulub. AKP sədri olduğu 2002, 2007 və 2011-ci illərdə keçirilən parlament, 2004, 2009 və 2014-cü illərdə bələdiyyə seçkilərində partiyası qalib gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam