Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Çernobıl faciəsindən 31 il ötür -İlk dəfə Ümumdünya anım günü kimi qeyd olunur

 

Bu gün "Çernobıl" atom-elektrik stansiyasındakı (AES) qəzadan düz 31 il ötür.

Yenixeber.org:   Qəza 1986-cı il aprelin 26-da baş verib.

Ümumiyyətlə, bu gün ilk dəfə Çernobıl faciəsi ilə əlaqədar Ümumdünya anım günü qeyd olunur. Bu, fəlakət qurbanları, nüvə qəzalarının təhlükələri və Çernobıl qəzasının uzunmüddətli nəticələrinin aradan qaldırılması üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini daim xatırlatmağa yönəlik addımdır.

Sonradan XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət olub. 31 il əvvəl AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtikən Xirosimaya atılmış bombanın 500 misli qədərində olub.

Bu nəhəng texnogen fəlakətdən 30 ildən çox zaman keçsə də, milyonlarla insan hələ də çirklənmiş ərazilərdə yaşayır.
"BMT Baş Assambleyası Çernobıl fəlakətinin uzunmüddətli nəticələri barədə məlumatlılığı artırmaq üçün 26 aprel tarixinin Çernobıl faciəsi ilə əlaqədar Ümumdünya anım günü kimi qeyd olunmasını qərara alır. Bu tarix 2017-ci ildən başlayaraq hər il qeyd olunacaq. Assambleya bütün üzv dövlətlərə, BMT-nin müvafiq orqanlarına və digər beynəlxalq təşkilatlara, eləcə də vətəndaş cəmiyyətlərinə bu günü qeyd etməyi təklif edir", - Assambleyanın ötən ilin dekabr ayında qəbul olunmuş qətnaməsində deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam